Qazini intihar həddinə çatdıranlar niyə cəzasız qalır?

10:38 15-07-2022 | icon 410 | Siyasət
Qazini intihar həddinə çatdıranlar niyə cəzasız qalır?

Fuad Əliyev: "Ayrılan vəsaiti şəxsi yaşayışlarını yaxşılaşdırmaq üçün xərcləyirlər"

 

"Qələbəmizdən sonra qazilər və şəhid ailələri xoşagəlməz problemlərlə üzləşdilər. Bəziləri həll olunsa da, problemlər tam aradan qaldırılmayıb".

 

Versus.Az xəbər verir ki, bunu əhalinin, xüsusilə əlillərin, qazilərin sosial problemlərinin həll olunmaması ilı bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

ALDP sədri vurğulayıb ki, yüzlərlə qazi ona ünvanladığı şikayatlərdə əlillik qrupu almaq üçün get-gələ salındıqlarını bildirib:

 

"Əlilliyi sübut etmək üçün saatlarla növbədə dururlar. Ayağı, qolunu itirənlər, dünya işığına həsrət qalanları hər il komissiyadan keçirirlər ki, aldığı əlillik qruplarını təsdiq etsinlər. Bu dövlət təşkilatlarındakı məmurlar fikirləşirlər ki, bir ilə əlilin ayağı, qolu yerinə gələcək, gözləri açılacaq. Bu məmurların bir istəyi var ki, hər il əlillik qrupu təsdiq edəndə pul qoparsınlar".

 

Fuad Əliyevin sözlərinə görə bəzi məmurlar qazi və onların ailə üzvlərinin problemlərinə biganəlik göstərirlər:

 

"Qazi Elvin Cəfərov Sabirabad rayon İH-nin laqeydliyinə etiraz edərək özünü yandırıb və dünyasını dəyişib. Sabirabad İcra başçısı onun yasında iştrak edib və bildirib ki, qazi Elvin Cəfərov görüş üçün müraciət edəndə onunla görüşüb, qaldırdığı problemləri həll edib. Necə olur ki, sən problemləri həll edirsən, qazi isə intihar edir? Deməli, sən problemi həll etməmisən ki, Elvin Cəfərov özünə qəsd edib. Problemi həll olunan insan niyə canına qəsd etməlidir?”.

 

ALDP sədri Fuad Əliyevin sözlərinə görə intihara təhrik edənlərə cinayət işi açılmalıdır:

 

"Prezident İlham Əliyev məmurları bu vəzifəyə təyin edəndə bildirib ki, əhalinin problemləri həll olunsun. Məmurlar isə öz istədiklərini edilər, ayrılan vəsaitləri öz şəxsi yaşayışlarını yaxşılaşdırmaq üçün xərcləyilər".

 

Fuad Əliyev hesab edir ki, intihar çıxış yolu deyil. O, bununla bağlı şəhid ailələrə, qazilərə müraciət edib:

 

“Qazi Elvin Cəfərovun etirazını çəkən adamlar, yanında duranlar onu bu fikrindən yayındırmalıydılar. Təəssüf ki, bunu etmədilər. Ümumiyyətlə, hesab edirəm ki, intihar çıxış yolu deyil. Heç bir problemi belə həll etmir. Mən mürüciət edirəm şəhid ailələrinə, qazilərə, əl-ələ verək bu məmurlara qarşı birgə mübarizə aparaq. Kimin nə problemi varsa, mənimlə əlaqə saxlasın. Partiyanın hüquqşünasları problemlərlə tanış olandan sonra, müvafiq orqanlara sorğular göndərəcəklər. Biz bu məsələləri gündəmdə saxlayaraq həll etməyə çalışacağıq”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb