Gömrük Komitəsinin generalı saxlanılıb

11:13 15-07-2022 | icon 385 | Hadisə
Gömrük Komitəsinin generalı saxlanılıb

 

Xəbər verildiyi kimi, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.

 

 
Bu, komitənin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovdur.

İctimai marağı nəzərə alaraq, general-mayor Məsum Rəsulovun dosyesini təqdim edirik:

Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.


1990-cı ildə orta məktəbi bitirib və 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 1996-cı ildə ordu sıralarından tərxis olunub.


1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə oranı hüquqşünas ixtisası üzrə bitirib.


26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.

 


9 sentyabr 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.


29 may 2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Ölkə başçısının 29 yanvar 2019-cu il tarixli sərəncamı ilə Rəsulov Məsum Eynalı oğluna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin general-mayoru ali xüsusi rütbəsi verilib.

Məsum Rəsulov son vaxtlar isə Gömrük Komitəsində Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyirdi.


Azərbaycan Prezidentinin 26 yanvar 2010-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Prezidentinin 29.01.2018-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

İstanbul selə təslim oldu

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb