Paşinyanın başı DƏMİR YUMRUQ İSTƏYİR

08:41 18-07-2022 | icon 368 | Siyasət
Paşinyanın başı DƏMİR YUMRUQ İSTƏYİR

Fuad Əliyev: "Ordumuz dəmir yumruğunu işə salmaq məcburiyyətində qalacaq"

 

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən son müşavirədə bir sıra maraqlı məqamlara diqqət edildi.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bununla bağlı Versus.Az-a açıqlamasında vurğulayıb ki, Prezident Ermənistan silahlı dəstələrinin hələ də torpaqlarımızdan çıxarılmadığını diqqətə çatdırıb.

 

Prezident İlham Əliyevin son vaxtlar Ermənistan rəhbərinin yenə də hansısa status haqqında danışmağa başlaması ilə bağlı fikirlərinə gəlincə, ALDP sədri hesab edir ki, Ermənistan rəhbərinin bu kimi çıxışları da çox çəkməyəcək:

 

"Siyasətdə də səbr kasası deyilən bir şey var. Ermənistan rəhbəri belə çıxışlara davam edərsə, Azərbaycan ordusu dəmir yumruğunu işə salmaq məcburiyyətində qalacaq”.

 

Fuad Əliyev Azərbaycan və Ermənistan XİN başçıların Tiflisdə keçirilən görüşünü də şərh edib:

 

“Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının görüşü nəticəsiz oldu. Görüş zamanı Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi pozmuşdu. Zəngəzur dəhlizinin işə düşməməsi onu göstərir ki, Ermənistan tərəfi bu məsələlərdə ikilistandartlardan çıxış edir. Ermənistan istər Moskva, istərsə Brüssel görüşlərdə qəbul olunan Bəyannamələrdə qoyduğu imzasına hörmət etmir. Bu da erməni rəhbərlərinin məkrli xislətindən irəli qəlir. Həmişə özlərini “ağıllı” hesab ediblər, qarşılarındakıları aldatmaq çalışıblar. 28 il ərzində bütün dünyanı aldadırdılar. Buna Azərbaycan ordusu son qoydu. İndi də Vətən müharibəsindən sonra danışıqların tərəfdarı olduğunu göstərirlər, amma əslində vaxt uzadırlar, özlərinə tərəfdaş axtarılar. Hesab edirəm ki, bu boşa gedəcək. Artıq kimin kim olduğunu hamı gördü”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb