Hər qarış torpağımıza can fəda etməyə HAZIRIQ

10:46 18-07-2022 | icon 916 | Şəhidlər və şahidlər
Hər qarış torpağımıza can fəda etməyə HAZIRIQ

"Torpaqlarımızı azad edib bütün şəhidlərimizin qisasını aldıq"

 

Versus.Az Şəhid və qazilərimizdən, əsgərlərimizdən bəhs edilən yazıları davam etdirir. Bu dəfə barəsində bəhs edəcəyimiz qəhrəman Azərbaycanın igid oğullarından biri, II Qarabağ müharibəsinin veteranı - Mamedov Ziya Elşad oğludur.

 

Ziya Mamedov 16 noyabr 2001-ci ildə dilbər guşəmiz olan Qəbələnin Çuxur Qəbələ kəndində anadan olub. Ziyagil ailədə üç uşaqdırlar - iki qardaş, bir bacı.

Ziya 2008-ci ildə Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub. Orta məktəbdə 9 il təhsil aldıqdan sonra Qəbələ Peşə Məktəbinə daxil olur. Burada o, "elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru" ixtisası üzrə 2 il təhsil alır.

 

Ziya Mamedov təhsilini tamamladıqdan sonra Vətənə borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. O, xidmətdə olduğu vaxtları belə xatırlayaraq deyir:

 

"Xidmətə getməmişdən öncə hələ ta uşaqlıqdan mən Yaşma haqqında çox eşitmişdim. Fiziki göstəricilərinə görə əsgərlər arasında seçim ediləndə məndən hansı dəstələrə yazılacağımı maraqlandılar. Xüsusi Təyinatlı Qüvvələrə istədiyimi dedim, cavabında isə -"gələn dəfə seçimə onlar gələcək, hazır ol" dedilər. Növbəti seçimdə qarşıya qoyulan tələblərdən keçərək Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşula bildim. Uşaqlıq arzumu reallaşdırdım. Əslində XTQ kimdir, heç kim bilmirdi, onları tanımırdı. Amma müharibədən sonra hər kəs XTQ mənsublarını tanıyır. Hər kəs Ordumuzla qürur duyur. Nə danışaq ki, o günlərdən- borcumuz idi etdik. Allahdan bütün şəhid qardaşlarımıza rəhmət, qazi və veteranlarımıza şəfa diləyirəm. Müharibə çətindir sözsüz, amma Vətəni qorumaq lazımdır. Bu hər birimizin borcudur. Atamla son dəfə danışanda təlimə getdiyimi demişdim ki, narahat olmasın. Bütün döyüş yoldaşlarımızla eyni şeyi deyirdik. Müharibə elədi ki, sənin inanacağın insan biri özünsən, biri isə yaxın silahdaş dostun. Bir az çətinliyimiz ilk başlarda qida ilə bağlı təminatda olurdu, amma düşməni məhv etdikdən sonra hər şey yoluna düşdü. Mənfur düşmən illərdir torpaqlarımızı talamış olsa da, buna rəğmən yenə də deyim ki, Qarabağ çox gözəldir - cənnət kimidir. Təmiz havası, dumduru suyu. Hər qarış torpağı işğaldan azad etdikcə, şəhidlərimizin qisasını aldıqca az da olsa rahat nəfəs alırdıq."

 

Ziya müharibənin ilk günündən ön sırada gedən igidlərimizdəndir. Döyüşlərə Kəlbəcər istiqamətindən başlayıb. Sonra isə Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüş yoldaşları ilə irəliləyərək mənfur düşməni məhv edib. Mamedov Ziya Elşad oğlu xidməti dövründə istehkamçı kəşfiyyatçı olub. Döyüşdə göstərdiyi igidliyə görə Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqləndiyinə görə 3 cü dərəcəli" və "Kəlbəcərin, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Ziya hələ ta uşaqlıqdan silaha maraq göstərib. Ziyanın Bakıdakı qohumlarından biri onunla bağlı maraqlı bir hadisəni belə xatırlayır:

 

"Biz yayda ailəlikcə həmişə atamın kəndinə yəni Çuxurqəbələyə istirahətə gedərdik. Bir gün valideynlərimiz qardaşımla məni Qəbələdə yerləşən əyləncə mərkəzinə apardı. Orada müasir dövr gənclərinin sevərək oynadığı "Laser tag" oyunu var idi. Komanda şəklində lazer şüalı oyundu - hədəfi nişan alıb rəqibi vurmalısan və sonda qalib komanda seçilir. Qardaşımla biz, Ziya, və Fərhad ilə komanda şəklində oynamağa başladıq. Yadımdadır ki, Ziya hamımızdan daha yaxşı oynayırdı. Baxmayaraq ki, o, bizdən yaşca balaca idi, amma nişanı da ən dəqiq və düz o alırdı. Səhv etmirəmsə onda Ziyanın 12 yaşı vardı. Cəld və qıvraq uşaq idi, elə indi də elədir. Hamımız onunla qürur duyuruq".

 

II Qarabağ müharibəsi veteranı Ziyanın indi isə qardaşı Vətənə borcunu ödəyir. Allahdan Ziyanın qardaşının timsalında bütün əsgərlərimizin evlərinə sağ-salamat geri dönmələrini arzu edirik.
Vətən sizinlə fəxr edir!

 

 

Pərvin Əşari
/Xırdalan şəhər 7 saylı tam orta məktəbin musiqi müəllimi/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI