Prezidentin müşavirədəki çıxışındakı NÜANSLAR

13:46 19-07-2022 | icon 282 | Cəmiyyət
Prezidentin müşavirədəki çıxışındakı NÜANSLAR

Könül İsmayılova: “Ölkə başçısının hər sözü Ermənistana, onun havadarlarına bir bi mesajdır”

 

Prezident İlham Əliyevin 15 iyul tarixində keçirilən 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bir çox məsələrə aydınlıq gətirdi. Ölkədə baş verən prosesləri və xalq üçün qaranlıq qalan bir çox məqamları da Prezident müşavirədə açıqladı.

 

Prezidentin müşavirədəki çıxışını Versus.Az-a təhlil edən Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova vurğuladı ki, ölkə başçısı ilk öncə ölkənin inkişafına nəzər salıb, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb:

 

“Prezident bildirdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr də icra edilir. Ölkəmizin beynəlxalq nüfuzu daha artır. Bu yoldakı nəticələr arasında ölkə başçısı Qoşulmama Hərəkatındakı uğurları xüsusi olaraq qeyd etdi. Prezident Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə verdiyini nəzərə çatdırdı”.

 

Ölkə başçısının müşavirədə Avropa İttifaqı və Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını anons etməsinə diqqət çəkən K.İsmayılova vurğuladı ki, dünən Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalandı:

 

“Bununla da ölkələr arasında olan əməkdaşlıq daha yüksək səviyyəyə qaldırıldı. Həmçinin Prezident qonşu ölkələrlə əlaqələrin inkişafının da hər zaman əsas prioritetlərdən biri olduğunu vurğuladı. O bildirdi ki, Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır”.

 

Könül xanım Prezidentin müşavirədəki çıxışındakı daha bir önəmli məqama diqqət çəkdi:

 

“Prezident qeyd etdi ki, beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Eyni zamanda bildirdi ki, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edildiyini də xatırlatdı.

Prezident çıxışında onu bildirdi ki, müharibəyə son qoyulan zaman Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmağın Ermənistan üçün çox təhlükəli məsələ olduğunu da Prezident vurğuladı. Ölkə başçısının bu müşavirədəki çıxışında da hər sözü Ermənistana, onun havadarlarına bir bi mesajdır”.

 

K.İsmayılova ölkə başçısının müşavirədə iqtisadi sahədə aparılan islahatlara da nəzər yetirdiyini vurğuladı:

 

“Prezident dedi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri də təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur.

Azərbaycanın enerji imkanlarının bir çox ölkələr üçün böyük önəm daşıdığını vurğulayan Prezident bu sahədə də işlərin planlı şəkildə aparıldığını qeyd etdi. Avropa tərəfindən də Azərbaycana yeni layihə təqdim edildiyi bildirildi. Prezident dedi ki, Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb