Aktrisa xəstəliyindən danışdı

06:27 20-07-2022 | icon 325 | Şou-biznes
Aktrisa xəstəliyindən danışdı

“Beynimin bəzi hissələrini itirmişəm”

 

2011-2019-cu illər arasında yayımlanan “Game of Thrones” serialının ulduzu Emilia Klark ilk dəfə xəstəliyi ilə bağlı təfərrüatları açıqlayıb.

 

Emiliya Klark iki dəfə beyin anevrizması keçirdikdən sonra yaşadıqlarından danışıb.

 

Klark bu xəstəlikdən sonra hələ də danışa bildiyini qeyd edib və bunu bacaran nadir insanlardan biri olduğunu diqqətə çatdırıb.

 

Serialda Daenerys Targaryen obrazını canlandıran Klark 2011-ci ildə iki dəfə beyin anevrizması keçirdiyini və sağ qalmaq üçün beyin əməliyyatı olunduğunu deyib.

 

Ölümlə üz-üzə qalmasına səbəb olan xəstəliyini hər kəsdən gizlətdiyini etiraf edən aktrisa serialın çəkilişlərində keçirdiyi çətin zamanları xatırlayıb.

 

“Bu müddətdə çox perspektiv qazanırsınız. Beynimin artıq istifadə olunmayan hissələri var və bu, məni çox güldürür”, - deyə Klark bildirib.

 

Aktrisa yaşadıqlarının artıq əvvəlki kimi onu təsir altına almadığını qeyd edib.

 

“Həmişə yaxşı yaddaşım olub. Bu, mənim aktyor kimi ən böyük istedadımdır. Bu müddətdə mən onu daim sınaqdan keçirdim və itirməkdən qorxdum”, - deyə Klark əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

İstanbul selə təslim oldu

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb