"Ay erməni, xilas yolun Avropada yox, qonşularındadır"

06:44 20-07-2022 | icon 345 | Siyasət
"Ay erməni, xilas yolun Avropada yox, qonşularındadır"

Fuad Əliyev: "Bu gün Ermənistan bütün sahələrdə Azərbaycandan asılıdır”

 

Bildiyimiz kimi, Ermənistan öz təxribatlarını davam etdirir və davamlı olaraq Kəlbəcərdəki mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulur. Hətta, erməni mətbuatında tez-tez müharibə anonsu verilir. Bəs, düşmən tərəf bununla nəyə çalışır?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib ki, bəzi erməni siyasətçilərin müharibə anonsları daxili auditoriyanı sakitləşdirməyə hesablanıb.

 

 

Partiya sədri qeyd edib ki, ermənilərin yüz illərlə yaratdığı "Dənizdən-dənizə böyük Ermənistan" ideologiyası, 44 günlük Vətən müharibəsində darmadağın olub:

 

“Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edərək, ermənilərə böyük itkilərlə bərabər həm də psixoloji sarsıntılar yaşatdılar. Bu gün də Ermənistan və onun havadarları olan bəzi ölkələr məğlubiyyət şokundadırlar. İndi də bu müharibə ritorikaları, bəyanatları psixoloji sarsıntıların yumşalmasına hesablanıb. Bu adamlara sual vermək lazımdır: erməni cəmiyyəti minlərlə yeni itkilərə hazırdırmı? Məncə yox. Azərbaycan 9 noyabrda imzaladığı Bəyannamə ilə bir daha sülhün tərəfdarı olduğunu göstərdi. Azərbaycan işğaldan azad olunan bölgələrdə bərpa işləri aparır, yeni kənd və şəhərlər yaradır. Bərpa işləri görərək, səbrlə bu Bəyannamənin maddələrin həyata keçməsini gözləyir”. 



Fuad Əliyev hesab edir ki, bu dəfə bu səbr uzunmüddətli olmayacaq:

 

“Ermənilər sülh istəyirlərsə, sülh olacaq, yox əgər bizimlə müharibə ritorikası ilə danışacaqlarsa, onda müharibə qaçılmaz olacaq. İnanmıram ki, 44 günlük acı məğlubiyyətdən sonra ermənilər bir daha Azərbaycanla müharibə aparmağı düşünsün. Dünya 44 gündə Azərbaycan Ordusunun gücünü, xalqın iradəsini, mübarizliyini gördü. Ermənistan bölgədə rahat, firavan yaşamaq istəyirsə, Azərbaycanla münasibətlərini normallaşdırmalıdlr. Ermənistan xilas yolunu Avropada yox, qonşularından axtarmalıdır. Açıq deyə bilərəm ki, bu gün Ermənistan bütün sahələrdə Azərbaycandan asılıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb