“Bolt” xidməti Şəki şəhərində istifadəyə verilib

13:10 20-07-2022 | icon 280 | Sosial
“Bolt” xidməti Şəki şəhərində istifadəyə verilib

Avropanın aparıcı nəqliyyat platforması olan “Bolt” Azərbaycanda iştirakını genişləndirib. İyun ayında səfər sifarişi üçün olan xidmət ölkənin bir neçə şəhərində işə başlayıb: Şəki, Şəmkir, Mingəçevir, Qəbələ.

 

Səfərlərin sifarişi üzrə xidmət Şəki şəhərinin sakinləri və qonaqlar üçün əlçatan oldu. İki ay ərzində “Bolt” səfərlərini onlar 50% endirimlə sifariş edə biləcəklər. Şəkidə minimum səfər qiyməti endirim nəzərə alınmadan 1 AZN təşkil edir.

 

Səfər sifariş etmək üçün “Bolt” əlavəsini smartfonunuza yükləmək və qeydiyyatdan keçmək lazımdır. Sonra təyinat yerini göstərmək lazımdır. Sifariş təsdiq edildikdən sonra müştəri sürücünün real vaxt rejimində hərəkətini müşahidə edə bilər və bir neçə dəqiqədən sonra səfərdən zövq ala bilər. Səfərinizi nağd və ya bank kartı ilə ödəyə bilərsiniz. 

 

Bundan əvvəl “ride-heiling” xidməti Azərbaycanın bəzi şəhərlərində işə başladı.

 

Beləliklə, 19 mayda “Bolt” xidməti Mingəçevirdə yenidən istifadəyə verilib. Xidmət istifadəçiləri 50% -dək endirimlə səfər sifariş etmək imkanına malikdirlər. Mingəçevirdə minimum səfər qiyməti endirim olmadan - 1 AZN təşkil edir.

 

İyunun 5-də səfər sifarişi üçün olan xidmət Qəbələ şəhərinin sakinləri və qonaqları üçün əlçatan olub və Şəmkirdə yenidən istifadəyə verilib. “Bolt” müştəriləri üçün 50% -dək endirim var. Təklif iki ay ərzində etibarlıdır. Qəbələdə endirimsiz səfərin minimal qiyməti 1 AZN, Şəmkirdə isə 1,2 AZN təşkil edir. 

 

“Müasir dünyada mobillik çox vacibdir. Bolt xidməti ilə şəhərdə hərəkət sürətli, rahat və etibarlı olur. Hazırda biz ölkəmizin digər şəhərlərinin sakinlərinin “Bolt” xidmətlərindən istifadə edə bilməsi üçün çalışırıq. Onu da qeyd etmək lazımdır ki, biz təkcə sərnişinlərə deyil, sürücülərə də qayğı göstəririk. “Bolt” şirkəti əlavədə qeydiyyatdan keçənlər üçün iş yerləri və əlverişli iş şəraiti təmin edir. Biz inanırıq ki, hər il hər iki tərəfdən istifadəçilərimizdə daha çox etimad qazanacağıq!”, – “Bolt” şirkətinin Azərbaycanda olan səfərlərin sifarişi istiqaməti üzrə rəhbəri Naim Əzizov. 

 

“Bolt” haqqında məlumat:

 

“Bolt” – 45 ölkədə və 400-dən çox Avropa və Afrika şəhərlərində 100 milyon insanın istifadə etdiyi Avropa multi-əlavəsidir. Şirkət öz istifadəçilərinə ən yaxşı alternativlər təklif edərək, fərdi avtomobillərdən istifadədən birgə mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. “Bolt” xidmətlərinin spektrinə səfərlərin sifarişi, karşerinq, elektrik özüyeriyənlərin icarəsi, həmçinin ərzaq və məhsulların çatdırılması kimi istiqamətlər daxildir.

 

Hal-hazırda, “Bolt” sifariş xidməti Azərbaycanın yeddi şəhərində – Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki fəaliyyət göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nensi Pelosiyə ETİRAZ

Məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb

Koronavirusla bağlı son STATİSTİKA

İranda əhali ayağa qalxdı

Azərbaycan əsgərini alçaldırsız - HİDDƏT

ALDP-dən erməni təxribatı ilə bağlı BƏYANAT

Rekonkista - Böyük Təmizlik

Qərbi Azərbaycan İcmasından ETİRAZ

Daha 2 partiya ofislə təmin olundu

Geninə-boluna söyə də bilmirəm

Məktəb direktoru işdən ÇIXARILDI

Zorlanma - DƏHŞƏTLİ İDDİA

Qızdırmadan 171 nəfər öldü

Mübahisənin sonu qanla bitdi

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar