Svgilisini qətlə yetirən şəxsə ağır cəza

10:22 21-07-2022 | icon 270 | Hadisə
Svgilisini qətlə yetirən şəxsə ağır cəza

Tanış olduqdan 22 gün sonra öldürübmüş

 

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqova hökm oxunub.

 

Versus.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü S.Sadıqov 18 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu ilin fevralın 23-də Bakının Qala qəsəbəsi, Xaşaxuna bağları yaşayış massivində qeydə alınıb.

 

Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə Nərgiz Quliyevanın (Ad və soyad şərtidir) evində baş verib. Belə ki, Samir Nərgizdən su qızdırıb paltarlarını yumasını istəyib. Bu zaman Nərgiz “Mən sənin üçün paltaryuyan deyiləm” deyərək Samiri təhqir edib. Bundan qəzəblənən Samir isə mətbəxdən bıçağı götürərək onu qətlə yetirib.

 

O da məlum olub ki, Samir fevralın 1-də, yəni hadisədən 22 gün öncə Xaşaxuna bağlar massivində yerləşən fermada işə düzəlib və qadınla tanışlıqları həmin gündən başlayıb. Belə ki, Nərgiz də həmin fermada sağıcı olaraq çalışıb.

 

Qeyd edək ki, Samir sevgilisini qətlə yetirdikdən sonra tutulacağını bildiyi üçün taksi ilə Bərdəyə gedib. Polis əməkdaşları onu əmisinin evində yatılı olduğu vaxt saxlayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI