Növbəti dəfə ən çox tamaşaçı Bakıda olub

10:23 21-07-2022 | icon 326 | İdman
Növbəti dəfə ən çox tamaşaçı Bakıda olub

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

 

Versus.Az xəbər verir ki, 12 matçda ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib.

 

Ən çox fanat Bakıda “Qarabağ” və İsveçrənin “Sürix” komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 30 782 tərəfdar izləyib.

 

İkinci pillədə 29 654 tamaşaçı ilə “Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan) oyunu yer alıb. İlk “üçlüy”ü “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) matçı tamamlayıb - 20 459.

 

Qeyd edək ki, “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü iyulun 27-də olacaq. “Sürix”i üstələyəcəyi təqdirdə, “köhlən-atlar” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Xatırladaq ki, “Qarabağ”ın Polşa “Lex”i ilə keçirdiyi hər iki qarşılaşma I təsnifat mərhələsində ən çox fanatın iştirak etdiyi görüşlər olub. Poznanda 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu Bakıda rəqibini darmadağın edib - 5:1.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI