“Milli şura”, ermənilər və havadarları

11:07 21-07-2022 | icon 385 | Siyasət
“Milli şura”, ermənilər və havadarları

Nizami Verdiyev: "Bu üçlük Azərbaycan dövlətçiliyinə və xalqına qarşı birləşib"

 

“Həqiqətənmi o təqaüd yaşında insanlar sərhədlərin açılmasını istəyirdilər? Fərz edək ki, sərhədlər açıldı. Aldığınız pensiya ilə hara gedə biləcəksiz?”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

 

 

Nizami Verdiyev tarixi arxivindən "xortlanan" “milli şura” rəhbərliyi tərəfindən cəlb edən bir qrup təqaüdçünün Nazirlər Kabinetin qabağında piketə cəhdini şərh edərək bildirib:

 

“Alınmayan piketdə təqaüdçilər tərəfindən səslənən “sərhədləri açın” şüarları bir az traqikamediyaya oxşadı. Məlum məsələdir ki, “milli şura”-ın rəhbərliyi piket sifarişi öz xarici havadarlardan alıblar. Yeri gəlmişkən, burada, ASDP sədri Araz Əlizadənin fikirləri yada düşdü. O, “milli şura”-da toplananları “Qızıl dana” filmindəki Şurik Balaqanovu ilə müqaisə etmişdi. Həmin filimdə Şurik Balaqanova sual verəndə ki, sənə xoşbəxtlik üçün nə qədər lazımdır? Cavabında “üç manat” deyir. “Milli şura”-ya da xoşbəxtlik üçün üç manat lazımdır. Onların qiyməti üç manatdan artıq deyil. Araz Əlizadənin bu fikirlərilə tam razılaşıram. Bunlar xaricdən aldığı pulla ölkəmizə qarşı fəaliyyət göstərirlər”.

 

Nizami Verdiyev bildirib ki, “milli şura”-dan xalq yaxşı heç nə gözləyə bilməz:

 

“Sadəcə onların işi xarici qüvvələrdən pul alıb destruktiv fəaliyyət göstərməkdir. Təkcə bizdə yox, bütün ölkələrdə koronovirus yenidən “baş qaldırır”. Yenidən maska rejiminə keçmək ehtimalı yaranır. Azərbaycanın regionda güclənən nüfuzu ermənilərə, “milli şura”-ya və bunların havadarlarına sərf etmir. Bu üçlük Azərbaycan dövlətçiliyinə və xalqına qarşı birləşiblər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI