İnsan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərilir

20:31 21-07-2022 | icon 296 | Cəmiyyət
İnsan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərilir

Gülayə Səfərova: “İnsan alverinə qarşı mübarizə istiqamətində yeni fəaliyyət istiqamətlərimizi quracağıq”

 

Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Bununla bağlı qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir. Belə ki, hesabatda bildirildiyinə görə, hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirir. Ona görə də Azərbaycan 2-ci səviyyəyə yüksəlib.

 

Versus.az xəbər verir ki, “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” İctimai Birliyinin sədri Gülayə Səfərova mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu kimi məsələlərdə əsas vəzifələrdən biri də məhz vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlıdır.

 

Daha dəqiq desək, aparıcı qeyri-hökumət təşkilatlarının hüququn və qanunun keşiyində dayanan Daxili İşlər Nazirliyinin müvafiq dairələri ilə sıx əməkdaşlıqları, yaranan problemlərin aradan qaldırılması istiqamətində aparılan müştərək işlər insan alverinə qarşı mübarizə reallığındakı uğurları kifayət qədər ehtiva etməkdədir:

 

“Bu xüsusda, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına stimul verən ictimai şuraların fəaliyyətini də özəlliklə qeyd etmək istərdim. Bu gün, DİN-lə əməkdaşlıq edən, eləcə də rəhbəri olduğum “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” İctimai Birliyi, habelə digər partnyor QHT-lərlə biz ardıcıl işlər aparır, layihələr həyata keçiririk, moratoriumlar tətbiq edirik”.

 

“Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycan artıq 20 ildən çoxdur ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirir”, deyən Gülayə Səfərovanın sözlərinə görə, dövlətin bu istiqamətdəki siyasəti önəm kəsb etməkdədir:

 

“Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, ölkəmizdə bu sahəyə xüsusi diqqət ayrılıb. Qeyd edim ki, bizim təşkilatımız DİN-nin İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasının üzvüdür. 45 təşkilatın təmsil olunduğu koalisiyada bizim - "Ailə Dünyası Ailələrə Hüquqi Yardım" İctimai Birliyinin tə təmsil olunması qürurvericidir”.

 

G.Səfərova qeyd edib ki, bu istiqamətdə DİN-nin yanında fəaliyyət göstərən, eləcə də İctimai şurada təmsil olunan QHT-lərin öz layihələrini uğurla icra etmələri üçün DİN tərəfindən bütün mümkün şəraitlər yaradılır:

 

"Söz yox ki, bu faktor da ABŞ-ın Dövlət Departamentinin müvafiq qərarla çıxışına öz töhfəsini vermişdir. Ölkədə sabitliyin, tərəqqinin və inkişafın əldə olunması, cəmiyyətin insan alverinə qarşı birgə mübarizəsinin təşkil olunması istiqamətində maarifləndirilməsinin əhəmiyyəti daim diqqət mərkəzində saxlanılmalıdır. DİN-nin İnsan alverinə qarşı mübarizə Baş idarəsi bizimlə daima təmasda olur, əməkdaşlıq edir, qapılarını daim üzümüzə açırlar. Bizim bu proses çərçivəsində apardığımız bütün maarifləndirmə işlərində yaxından dəstək göstərirlər. Habelə, insan alverinin qurbanlarının reabilitasiya olunması, eləcə də sağlam cəmiyyətə qaytarılmaları, adaptasiyaları üçün ixtisaslaşmış QHT-lərə hər cür dəstəklərini əsirgəmirlər. Qarşılıqlı əməkdaşlıq isə söz yox ki, öz uğurlu töhfələrini, bəhrələrini verməkdədir".

 

"Təbii ki, bizlər – vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, QHT-lər ardıcıl layihələrimizlə prosesdəki iştirakımızı artıracağıq, eləcə də, bütövlükdə Milli QHT Şurasının potensialından maksimum istifadə etməklə ölkəmizdə insan alverinə qarşı mübarizəmizdə və cinayətkarlığın azaldılması yönündə yeni fəaliyyət istiqamətlərimizi quracağıq. Məhz əldə edilən uğurlar, yüksək qiymətləndirilmələr də bizlərə bu ruhu, bu stimulu bəxş etməkdədir” -deyə, Gülayə Səfərova əlavə edib. /SİA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI