Hesablama Palatası nazirlikləri yoxlayacaq

10:52 22-07-2022 | icon 324 | İqtisadiyyat
Hesablama Palatası nazirlikləri yoxlayacaq

Hesablama Palatası tərəfindən ortamüddətli xərclər çərçivəsinin bəzi pilot bölmələri üzrə nəzarət tədbirləri keçirilir.

 

Versus.Az xəbər verir ki, ilk dəfə olaraq analitik fəaliyyət çərçivəsində funksional təsnifatın “Təhsil” və “Ətraf mühitin mühafizəsi” bölmələrində müvafiq olaraq Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərində ortamüddətli xərclər çərçivəsi üzrə göstəricilərin təhlilinə başlanılıb.

 

Eyni zamanda, Hesablama Palatası dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətini araşdırır.

 

Aparılan planlaşdırma işlərinin nəticələri əsasında müvafiq nəzarət tədbirinin keçirilməsi məqsədilə İş Planına əlavə edilə bilər. 

 

Palatanın nəzarət tədbirlərinin nəticələri üzrə bir sıra dövlət orqanlarına məlumat təqdim edilib. 


Tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 12 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib:

 

“Bir tədbir üzrə Nazirlər Kabinetinə, dörd tədbir üzrə vəsaitlərin təyinatının dəyişdirilməsi, eləcə də satınalma prosedurlarının tətbiq olunmaması, vəsaitlərin akkreditiv hesablarda saxlanılması halları ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, dörd tədbir üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması, vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, hər bir auditlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

İstanbul selə təslim oldu

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb