147 yaşlı Azərbaycan mətbuatı

10:58 22-07-2022 | icon 273 | KİV
147 yaşlı Azərbaycan mətbuatı

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür.

 

Versus.Az xəbər verir ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

 

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

 

Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. 

 

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

 

O vaxtdan ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

 

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır. 

 

2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli Qarabağ Zəfəri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdilər. KİV nümayindələri əsl fədakarlıq göstərərək həm ön xətdə vuruşdular, həm də reportajları ilə dünyaya haqq səsimizi çatdırdılar.   

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb