Onun idman çəkmələri kosmosa göndəriləcək


Argentina millisinin sabiq üzvü Dieqo Maradonanın butsları kosmosa göndəriləcək.
Futbolçunun əşyaları dünyanın hər yerindən azarkeşlərin audio və video mesajları ilə yanaşı, “Space Serpent” peykinin göyərtəsində kosmosa buraxılacaq.
İdeyanın adı açıqlanmayan özəl şirkətə məxsus olduğu qeyd edilir. Peykin orbitə buraxılma tarixi və yeri hələ müəyyən edilməyib.
Qeyd edək ki, may ayında Maradonanın köynəyi “Sotheby's” hərracında rekord qiymətə - 9,28 milyon dollara satılıb. Bu formada futbolçu 1986-cı il Dünya Çempionatında İngiltərəyə qarşı “Tanrının əli” adlandırılan qolu vurub.

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”