"Cimi" də intihar haqqında düşünüb

09:31 25-07-2022 | icon 178 | Film
"Cimi" də intihar haqqında düşünüb

Hind aktyoru Mithun Çakraborti bir vaxtlar “Disko rəqqası” filminə görə bütün dünyada şöhrət tapıb. Onun pərəstişkarlarının ordusu on milyonlarla insandan ibarətdir.

 

Aktyor 370-dən çox filmdə rol alıb və 269 baş rolun ifaçısı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

 

Müəyyən bir zamanda o, siyasətə və biznesə nüfuz edib, lakin bu yaxınlarda karyerasını davam etdirmək qərarına gəlib.

 

M. Çakraborti hazırda Benqaliyanın Kəlküttə şəhərində çəkilən “Projapoti” ailə dramı üzərində işləyir. O, bu bölgədə doğulub boya-başa çatıb.

 

Aktyor qeyd edib ki, bundan əvvəl ssenarisi ona təklif olunan demək olar ki, hər filmdə rol alıb. Amma onun karyerasında hələ də xatırlamaq istəmədiyi məqamlar olub.

 

“Adətən mən bu haqda çox danışmıram və konkret hansısa mərhələni də qeyd etmək istəmirəm. Gəlin o çətin günlərdən danışmayaq, çünki bu, sənətkar olmaq istəyənləri ruhdan sala bilər. Hər kəs çətinliklərdən keçir. Bəzən məqsədlərimə çata bilməyəcəyimi düşünürdüm, hətta intihar haqqında da fikirləşirdim”, - deyə əfsanəvi aktyor etiraf edib.

 

O, inadkar xasiyyətinin onu xilas etdiyini qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb