Dəhşətli HADİSƏ

09:38 25-07-2022 | icon 133 | Hadisə
Dəhşətli HADİSƏ

Tovuzda baş verən yanğın hadisəsi zamanı iki nəfər ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb