10 noyabır Bəyanaməsini pozmaq İSTƏYİRLƏR


Nizami Verdiyev: "Ermənistanda Qərb də idarə etdiyi adamları gücləndirir"
Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Qarabağ meşəsindəki hərbi düşərgədə təlim keçir və Azərbaycan Ordusunun mövqelərini atəşə tutur.
Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bununla bağlı açıqlamasında Ermənistanın və onun nəzarətindəki qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər təxribat kimi qiymətləndirib.
Partiya yetkilisi hesab edir ki, Ermənistanda qərbyönümlü qüvvələr güclüdür və 10 noyabır Bəyanaməsini pozmaq istəyirlər:
"Baxmayaraq ki, Ermənistanda güc strukturları Rusiyanın nəzarəti altındadır, qərb də idarə etdiyi adamları gücləndirir. Və bu qüvvələr bu tipli təxribatlar edir”.
Nizami Verdiyevin sözlərinə görə, Ermənistanda vəziyyət mürəkkəb və ziddiyyətli formada cərəyan edir:
“Bölgəni qarışdırmaq istəyən qərbyönülü nümayəndələri sözsüz ki, birbaşa xaricdən təlimat alırlar. Yəni bu bölgədə maraqları olan ölkənin sifarişlərini yerinə yetirirlər. Məlum olan Bəyanaməni pozmaq cəhdlər irimiqyaslı deyil və Azərbaycan hələ ki, təmkin nümayiş etdirir”.

Xəbər lenti

Laçına gedən yol Zəngəzur dəhlizində “buzları” əridirmi?
Teymur Qasımlı: “Ermənistan istədi-istəmədi Zəngəzur dəhlizi açlacaq"