Diplomatik xidmətə qəbul imtahanının NƏTİCƏLƏRİ

10:00 25-07-2022 | icon 131 | Təhsil
Diplomatik xidmətə qəbul imtahanının NƏTİCƏLƏRİ

Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun müsabiqə formatında həyata keçirilməsinə qərar verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində, mərkəzləşdirilmiş qaydada, iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib.

 

Müsabiqənin Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2022-ci il tarixində təşkil edilən yazılı imtahan mərhələsində 460 nəfər iştirak edib.

 

Namizədlər qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 nəfər, habelə yazılı imtahan mərhələsi üzrə iştirakçıların apellyasiya müraciətlərinin nəticələri də nəzərə alınaraq, ümumilikdə 113 nəfər iştirakçı müsahibənin növbəti mərhələsinə dəvət olunub.

 

Diplomatik xidmətə qəbul müsabiqəsinin ikinci-müsahibə mərhələsi 10 may – 2 iyun 2022-ci il tarixlərində təşkil edilib və müsahibədə 106 namizəd iştirak edib.

 

Müsahibə mərhələsinin yekunlarına əsasən 67 namizədin nəticələri, o cümlədən apellyasiyaya müraciət edən iştirakçılardan 2 namizədin müsahibə nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI