“İrəvanın erməniləşdirilməsi qəbuledilməzdir”

10:24 25-07-2022 | icon 141 | Tarix
“İrəvanın erməniləşdirilməsi qəbuledilməzdir”

Qafar Çaxmaqlı: "Təpəbaşı məhəlləsində Şərq üslubunda olan abidələr yox edilməkdədir"

 

Tarixçi alim Qafar Çaxmaqlı tarixi faktlar, aparılan araşdırmalar sübut edir ki, 19-cu əsrə qədər Cənubi Qafqazda bir dənə də erməni olmayıb. Bəllidir ki, ermənilər o ərazilərə sonradan köçürülüblər. Azərbaycan torpağı, orada yaşayan müsəlman Azərbaycan türkləri böyük haqsızlıqla üzləşiblər. 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə danışan tarixçi alim Qafar Çaxmaqlı bu faktların dünya alimlərinin araşdırmalarında da öz əksini tapdığını önə çəkib: 

 

“Ermənilər Qafqaz xalqı deyil. Qafqazda az-az görünsələr də, toplum şəklində yaşayan əhali olmayıb. Ermənilər İrəvan xanlığı ərazisində olan bir-iki kənddə çox az sayda təmsil olunublar. Bu mənada biz indiki Ermənistan ərazisinin vilayət elan olunmasını ədalətsiz hesab edirik. Çünki 1827-ci ildə İrəvan xanlığı işğal olunandan sonra erməni əhalisi bura köçürülməyə başlanıb və sonralar bizim yerləri ermənilərin yaşadığı vilayət adlandırmağa başlayıblar. Bu o demək idi ki, ermənilər bu ərazilərə heç vaxt iddia eliyə bilməzlər”.

 

Tarixi faktlara istinad edən Q.Çaxmaqlı ermənilərin  bu ərazilərə Rusiyanın Cənubi Qafqazı işğal eləməsindən sonra  köçürüldüyünü deyib:

 

“Bu barədə əlimizdə çoxlu dəlillər, faktlar var. Hətta rus tədqiqatçıları ermənilərin bu ərazilərə sonradan köçürüldüyünü bildirir.  Biz bu faktları toplayıb bir daha dünyaya gösərə bilərik. Hamı yaxşı bilir ki, 90 min erməni İran ərazisindən, 40 min də Osmanlı ərazisindən buralara köçürülmüşdür.

Q.Çaxmaqlının sözlərinə görə, tarixi Azərbaycan torpağı olan İrəvan şəhərinin Azərbaycan türklərinə, müsəlmanlarlına məxsus olmasına dair əldə olunan faktların, nümunələrin üzərində daha çox dayanmalı və bunu dünyaya təqdim etməliyik.

Tarixçi alim hesab edir ki, Azərbaycanın qədim tarixi torpaqları üzərində qurulan Ermənistan adlanan dövlətdə müsəlman azərbaycanlılarına, onun milli-mədəni, mənəvi irsinə qarşı yüz illər boyu davam edən erməni məkirli siyasətinə bu gün İrəvanın mərkəzini təşkil edən TƏPƏBAŞI Məhəlləsindən baxsaq erməni vandallığının hansı ideyaya malik olduğunu bir daha görə bilərik.“

 

İrəvan şəhəri orta əsr milli mədəniyyət  paytaxtlarından biri olmuşdur. Burada olan 4 məhəllənin hamsında azərbaycanlılar yaşamışdır.

1918-ci ildə Azərbaycan Milli Şurası İrəvanı müvəqqəti paytaxt kimi ermənilərə güzəşt edilmişdir. Bundan sonra İrəvan Ermənistan adlanan dövlətin paytaxtına çevrilmişdir. Ondan sonra İrəvan şəhərinin faciəsi başlamışdır. İrəvanın bu şəkildə məhv edilib erməniləşdirilməsi qəbuledilməzdir. Biz bu məsləni hər addımda gündəmə gətirməliyik.

Təpəbaşı məhəlləsi İrəvanda özünün varlığını müəyyən qədər qorumuş  hissəsidr və bizim orada tarixi mirasımız olduğuna görə bunu gündəmə gətirib beynəlxalq ekspertləri bura dəvət etməliyik. Bu, yalnız Azərbaycan xalqının mirası deyil, bəşəriyyətin dünyanın ən böyük mirası olduğuna görə YUNESKO da missiyası belə abidələri qorumaqdır. Bizim Təpəbaşını qoruyub memarlıq nümunələrini gələcəyə daşımaq işimiz o əraziyə iddiamızın başlıca səbəblərindən biri olmalıdır. Biz Azərbaycana vurulan zərəri addımda gündəmə gətirməliyik.

 Azərbaycanın qədim tarixi torpaqları üzərində qurulan Ermənistan dövləti Azərbaycanın millli mədəni irsinə qarşı 100 illər boyu təcavüz, soyqırım həyata keçirmişdir. Burada Azərbayacan xalqına məxsus tarixi abidələr, qəbiristanlıqlar, karvansaralar və digər tarixi mirasımız yox edilmişdir.  Bu, hətta Ermənistanın dövlət siyasəti halına gətirilmişdir. İrəvan şəhərinin bir erməni şəhərinə dönüşdürülməsi  üçün baş plan hazırlanmışdılar. İrəvanın qala hissəsi, Təpəbaşı məhəlləsi və digər yerləri artıq baş plana uyğun olaraq yerlə-yeksan olunmağa başlamışdır. O cümlədən də Təpəbaşı məhəlləsinə baxsaq, o məhəlləni yer üzündən silmək üçün planlı şəkildə yeni evlər tikilmişdi. İndi Təpəbaşı məhəlləsinin bir hissəsi qalır. Biz bunu  dünyanın diqqətinə çatdırıb Ermənistanı ifşa eləməliyik ki, bu ərazidə olan tarixi mirasımız qorunub saxlanılsın. Əksinə, ermənilər YUNESKO-ya və digər beynəlxalq təşkilatlara “Dağlıq Qarabağda ermənilərə aid abidələrin dağıdılması” ilə bağlı müraciət edirlər. Buna adekvat cavab olaraq biz də İrəvanda və digər yerlərdə  Azərbaycan tarixinə aid olan abidələrin yox edilməsinin erməni dövlət siyasəti olduğunu diqqət mərkəzinə gətirməliyik və YUNESKO-dan tələb eləməliyik ki, öz missiyasına uyğun, planlı şəkildə bunların qarşısnı alsın”.

 

Q.Çaxmaqlı bildirib ki, Azərbaycan abidələrinin İrəvanda tamamilə məhv edilməsi ilə bağlı çox böyük təhlükə yaranıb. Onun sözlərinə görə, artıq Təpəbaşı məhəlləsində Şərq üslubunda olan abidələr, müəyyən binalar yox edilməkdədir:

 

“İrəvanda yalnız Göy Məscid qalmışdır. O da bəllidir ki, bu da İran tərəfindən təmir olunaraq, ona fars məscdidi adı qoyulmuşdur. İşğaldan azad olunmuş ərazilərimizdə də bir çox abidələrimiz yox edilib. Bunu Yunesko və digər təşkilatlara bildirmək lazmıdır”.

 

Q.Çaxmaqlı bildirib ki, bu gün YUNESCO-ya müraciət, qeyd edilən yerlərin beynəlxalq mühafizəyə götürülməsinə çağırışlar, Azərbaycanın xeyrinə olan xarici təcrübələr, beynəlxalq hüquqi sənədlərdə bu məsələlərin şərhi haqlarımızın bərpası üçün mühüm rola malik ola bilər. Amma YUNESKO səviyyəsində bu məsələlərin gündəmə gətirilməsi, qorunması yetərli deyil. Çünki Ermənistanda yalnız abidələrin məhvi deyil, həm də bizim tarixi ərazilərimizin adları, toponimlərimiz tamamilə erməniləşdirilib:

 

“Biz tarixi adları ortaya qoymalıyıq. İndi Ermənistanda elə böyük məddəniyyət guşəsi yoxdur ki, onlar Azərbaycan türkcəsində olmasın. Onlar bütün türk adlarını dəyişdiriblər. Tarixi adlar bərpa edilməldiir. YUNESKO-dan tələb edilməlidir. Bu da cəmiyyətə vururlan ən böyük vandalizm kimi qiymətləndirilməldiir. 30 il işğal dövründə də ermənilər yer şəhər adlarını dəyişdirməyə cəhd etmişdilər və bu, Ermənistan ərazisində bu beynəlxalq qərar tətbiq edilməlidir.

Bəllidir ki, Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 90-cı illərdən sonra geniş vüsət alması, 30 illik işğal dövründə həmin ərazilərdəki vandalizmlə paralel aparıldı. Beynəlxalq təşkilatları ədalətli olmağa cəlb etmək üçün bu gün meydanlarda xaraba vəziyyətində olan abidələrin vəziyyəti YUNESKO tərəfindən araşdırılmalıdır. Bu gün bir dənə də olsun  azərbaycanlılar, türklər orda yaşamır. Azərbaycanlılar tarixin haqsızlıqla üzləşərək öz dədə-baba yurdlarından çıxarılın.

Apardığımız təhlillərə görə bu ərazilərdən 5 milyondan çox əhali çıxarılıb. Bu əhalinin köklü türkiyədə yaşayır, bir hissəsi Azərbaycandadır, müxtəlif ölkələrdə yaşayır. Bu insanların tələbi ilə təşəbbüsü ilə İəvan Türk Cumhuriyyəti yaranıb. Dövlət Şurası fəaliyyət gösətrir. Əhalinin geri dönüşü təmin etmək üçün ideoloji sistem hazırlanmış bu mübarizəmiz sonuna qədər davam etdirmək Ermənistan deyilən ərazi bizim tarixi ərazilərimizdir. Burada ədalətsiz dövlət qurulub heç bir perspektivi yoxdur. Biz öz torpaqlarımıza qayıdacağıq”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI