“Ordumuz daha da güclənəcək, bu dövlət başçısının iradəsidir”


“Azərbaycanda ordu quruculuğu həmişə ən vacib məsələlərdən biri olub. Cənab Prezident İlham Əliyev bu sahəyə çox böyük diqqət və qayğı göstərib”.
Versus.az xəbər verir ki, bunu hərbi ekspert Emin Həsənli ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin son müşavirədə çıxışı zamanı hərbi sahədə aparılan islahatlar və bu istiqamətdə görülən işlərlə bağlı çıxışında qeyd etdiyi məqamlara diqqət çəkərkən bildirib.
Hərbi ekspert bildirib ki, Azərbaycanın hərbi büdcəsi qısa zamanda Ermənistanın dövlət büdcəsindən dəfələrlə artıq olub. Belə ki, ölkənin Müdafiə Sənayesi Nazirliyinin yaradıldığını, dünyanın ən qabaqcıl ölkələlərnin istehsal etdiyi silahların Azərbaycana gətirildiyini qeyd etməklən yanaşı E.Həsənli hərbi qanunvericiliyin təkmilləşməsinə diqqət çəkib və zabit -kadr potensialının hazırlanmasına xüsusi önəm verildiyini deyib.
E.Həsənli bildirib ki, bu gün Ordunun saxlanması, hazırlanması ən yüksək səviyyədədir.
“Ordunun döyüş, psixoloji hazırlığı yüksək səviyyədədir. Bu özünü vətən müharibəsində sübut etdi və Azərbaycan ordusunun nə qədər qüdrətli olduğunu göstərdi. Ali Baş Komandanın nə qədər müdrik, dahi bir sərkərdə olduğunu dünya gördü. Və müharibədən sonra da işğal olunmuş ərazilərdə də birinci iş yenə də hərbi hissəslərin tikintisi olub. Müasir hərbi hissələr yaradılıb. Hərbçilər üçün yaxşı şərait yaradılıb, əmək haqqları bir neçə dəfə artırılıb. Eyni zamanda kamando hərbi birləşmələri yaradılıb. Yüksək hazırlıqlı xüsusi təyinatlılarımız var və getdikcə də sayları artırılır. Qarşıya məqsəd qoyulur ki, ordumuz dünyanın ən güclü ordularından biri olmalıdır. Bu belədir, döyüş hazırlığını daha da artırmalıyıq. Qardaş Türkiyə ordusu ilə bərabər təlimlər keçirilir. Bu təlimlər dağda, meşədə terrorçi dəstələrin zərərsizləşdirilməsi, qanunsuz silahlı birləşmələrə qarşı birgə mübarizənin həyata keçirilməsi üçün çox önəmlidir”.
Hərbi ekspert qeyd edib ki, bu gün Türkiyə, Azərbaycan və Pakistanın birgə təlimləri region və dünyada sülhün təmin olunması üçün çox önəmlidir. Onun sözlərinə görə, Azərbaycan ordusu Türkiyə hərbi modelinə keçir.
“Azərbaycan Müdafiə Nazirliyinin Universiteti yaradılıb. Bütün hərbi təhsil müəssisələri orda birləşdirilib. Amma biz ümidliyik ki, ordumuz daha da güclənəcək, bu dövlət başçısının iradəsidir. Hər il hərbi büdcə artırılır. Parlamentdə büdcəyə baxılanda ən çox Müdafiə və Təhlükəsizlik sahəsinə dəstək olur ki, bu da hər bir kəsin ürəyincədir. Görülən işin nəticəsidir ki, Azərbaycan 44 günlük müharibədə minimum itkilərlə çox böyük uğurlar əldə edib. Biz ordumuzla fəxr edirik. Ordumuz bizim qürur mənbəyimizdir. Ordumuzun güclənməsi üçün hər kəs əlindən gələni etməldiir. Ordumuzun güclü olması dövlətimizin ən əsas şərtlərindən biridir”.
T.Qafarlı
Versus.az

Xəbər lenti

Laçına gedən yol Zəngəzur dəhlizində “buzları” əridirmi?
Teymur Qasımlı: “Ermənistan istədi-istəmədi Zəngəzur dəhlizi açlacaq"