“2023-cü ildə qlobal ərzaq bazarında qiymət artımı gözlənilir”


Vüqar Bayramov: "Azərbaycan prementiv olaraq ərzaq təhlükəsizliyini və ehtiyatlarını genişləndirməyə çalışır"
“2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə ərzaq təhlükəsizliyi üçün əlavə 2000 milyon vəsaitin ayrılması nəzərdə tutuldu. Məqsəd xüsusən strateji ərzaq məhsulları üzrə ehtiyatların genişləndirilməsindən ibarətdir. O baxımdan son proseslər onu göstərir ki, bu sahədə strateji yol yerli istehsalın genişləndirilməsi və bununla da qlobal ərzaq planının Azərbaycana, xüsusən istehlak bazarındakı tarazlığın qorunması baxımından təsirlərini minimuma endirməkdən ibarətdir”.
Versus.az xəbər verir ki, bunu Millli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov dünyada iqtisadi tənəzzül, yüksək inflyasiya baxmayaraq Azərbaycanın dövlətinin xarici iqtisadi təhdidlərə qarşı apardığı siyasəti dəyərləndirərkən bildirib.
V.Bayramov bildirib ki, qlobal iqtisadiyyatda problemlər dərinləşib və eyni zamanda qlobal iqtisadi artımla bağlı proqnozlara neqativ dürüstləşmə həyata keçirdilir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə, dünya iqtisadiyyatında artımın 4,1-i proqnozlaşdırılsa da, bu rəqəm 2,9 faizə qədər azalıb. Avrozonada 4 faiz artım proqnozlaşdırılıb və artıq 2.8 faizə qədər azaldılıb:
“Azərbaycan hökuməti həm qlobal iqtisadi böhran, həm ərzaq böhranı və ərzaq çatışmazlığı fonunda primentiv addımların siyahısını genişləndirir. Nazirlər Kabineti tərəfindən bir müddət öncə həm həm antiinfilyasiya tədbirləri tətbiq olundu, həm də sahibkarlar üçün yeni güzəşt mexanizmləri tətbiq olundu ki, məhz sahibkarlar üçün banklardan götürdükləri kreditdə 10 faiz subsidiyanın verilməsidir. Digəri isə sahibkarlara daha çox güzəştli kreditlərin verilməsi ilə bağlı idi. Cənab Prezident tərəfindən iki gün öncə subsidiyaların mexanizmləşdirilməsi ilə bağlıl digər bir sənəd imzalandı. Bu məhsula görə subsidiyaların tətbiq edilməsinə imkan verəcək. Bu da əsasən taxil istehsalının genişləndirilməsinə xidmət edəcək. Bütövlükdə əsas prioritet ondan ibarətdir ki, yerli istehsalın genişləndirilməsi ilə idxaldan asılılığın aradan qaldırılmasına və bununla da istehlak bazarındakı tarazılığın qorunub saxlanılmasına nail olunsun”.
V.Bayramov bildirib ki, 2023-cü ildə də qlobal resensiyanın davam edəcəyi , xüsusən də qlobal ərzaq bazarında qiymət artımı gözlənilir. O, bu mənada Azərbaycanın prementiv olaraq ərzaq təhlükəsizliyini və ehtiyatlarını genişləndirməyə çalışır.
LƏMAN
Versus.az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”