“Ağalıda-Ağıllı kəndə uyğun ağıllı təhsil olmalıdır”


44 günlük Vətən Müharibəsini zəfərlə başa vurandan 1 il 8 ay sonra işğaldan azad olunan ərazilərimizə böyük qayıdış başlandı. İlk köç Zəngilana oldu. Yenidən bərpa olunan Zəngilan 30 ilə yaxın müddətdən sonra öz sakinlərini yenidən qarşıladı. Böyük Qayıdışın Azərbaycan insanının sosial-ictimai, mədəni, təhsil həyatında hansı yeni düzənlə başlayacağı və eləcə də təhsildə hansı yeni münasibətləri ortaya qoyacağı maraqla müşahidə olunur, təhlil edilir.
Zəngilanın Ağıllı kəndində təhsil necə qurulmalıdır?
Versus.az xəbər verir ki, Keçmiş Bakı Pedoqoji Kadrların İxtisasartıma və yenidən Hazırlanma İnstitunun kafedra müdiri, təhsil eksperti Aydın Kərimov açıqlamasında bildirib ki, təhsillə bağlı yenilənmə, inkişaf istəyiriksə, birinci növbədə dərsliklərə fikir verilməli və dərsliklər sadə, oxunaqlı tərtib edilməlidir. Bu gün dərsliklərin heç də ürəkaçan olmadığını bildirən təhsil eksperti bu vəziyyətin dərslik müəlliflərin yersiz mübarizəsi üzündən yarandığını deyib. O, bu problemin uzun illər əvvəl işlədiyi Problemlər İnstitunda bir sıra professorlar arasında necə kəskin şəkildə getdiyini misal çəkdi. Bildirdi ki, hələ o vaxtlar da bu müəlliflər hərəsi öz dərsliyini daha yaxşı hesab etdiyi üçün ortaq məxrəcə gələ bilmirdilər. Arada itirən isə şagirdlər, müəllimlər, təhsilimiz olurdu.
“Dərsliklər hansısa müəlliflərin iddiası, həvəsi ilə korlanmamalıdır. Hesab edirəm ki, yeni düzəndə birinci növbədə dərslikləri səhmana salmaq lazımdır. Dərsliklərdə sadə dil olmalıdır.
Yeni texnologiyaların metodlarından biri də dərsin fəal dəqiqələrlə başlanmasıdır. Yəni sinifdə 1-ci partada oturanla, axırıncı partada oturan uşaqların arasında fərq olmamalıdır. Amma əvvəllər də elə vəziyyət yaranırdı ki, valideyn uşağını birinci partada oturtmaq üçün müəllimə rüşvət də verirdi. Yeni texnoligiyalarda “fəal dəqiqələr” çox gözəl metoddur. Burda dərs cürbəcür oyunlarla idarə edilir. Dərslər müxtəlif sayda qruplarla, ənənəvi parta sırasında oturmaqla deyil, dairəvi, cərgə ilə düzülən partalarla əvəzlənir. Bu uşaqları bir qədər məsuliyyətli edir, fikrini cəmləyir. Müəllim hökmdar olur. O dərsdə müəllim boş olmalı, uşaqlara qoşulmalı əməkdaşlıq etməldiir. Dərsin yarısını uşaqlara verməlidir. Yeni düzəndə təhsildə bu metoda keçmək lazımdır”.
A.Kərimov hesab edir ki, bu metodlara keçmək üçün baza var və tədrisin yaxşı alınması müəllimin özündən asılıdır.
“Bu gün müəllim dərs deməyə maraqlı deyil. Ona görə də müəllimin maddi vəziyyətini, imtiyazlarını bərpa etmək lazımdır. Vaxt var idi ki, müəllimlər ezamiyyətlə bütün krortları gəzirdilər. Müəllimi istirahətə zorla göndərirdilər”.
Qocaman təhsil işçisi hesab edir ki, bu gün məhz Ağalıda-Ağıllı kəndə uyğun ağıllı təhsil olmalıdır.
“ İşğaldan azad olunmuş torpağın təhsilini dünyaya qoşmaq lazımdır. Ora sözün əsl müəllimlər getməlidir”.
Ləman
Versus.az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”