VƏTƏN MƏNƏ "OĞUL" DEDİ 

11:15 25-07-2022 | icon 162 | Qarabağ
VƏTƏN MƏNƏ "OĞUL" DEDİ 

 

 

44 günlük Vətən Müharibəsi Azərbaycanın Müzəffər Ordusunun zəfəri ilə başa çatdı. Torpaqlarımızı işğaldan azad edən igid oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə öz ali məqsədinə çatmaq üçün canından, qanından keçdi. Vətən Müharibəsində canını torpağa fəda edən 3000-ə yaxın əsgər ŞƏHİDlik zirvəsinə ucaldı. Vətənə olan borclarını canları ilə ödədilər. Eləcə də vətən uğrunda sağlamlığını itirən əsgərlərimiz, qazilərimiz oldu.

Vətən, uğrunda Şəhid, Qazi olan əsgərinə oğul dedi. Müharibədən sonrakı dövrdə Qazilərimizin reablitasiya prosesi, sosial təminatlarının yaxşılaşdırılması yönündə atılan addımlar davam edir. Lakin müharibənin ağır fəsadlarını daşıyan bir çox döyüşçülərimiz- qazilərimizin hələ də xüsusi dəsətəyə, ehtiyac duyduğu müşahidə olunur.  Biz qazilərimizə, şəhid ailələrinə öz borcumuzu verə bilirikmi?

 

Versus.az Həftə içi qəzetinə istinadla II Qarabağ savaşından zəfərlə çıxan qalib əsgərin-qazinin bugünkü durumuna diqqət çəkib:

 

Qazilərimiz bu gün onları qürurlandıran, narahat edən məqamlara toxunublar.  Eyni zamanda Müharibədən keçən 1 il 8 ay ərzində bir qazi olaraq hansı qayğı ilə əhatə olunduqlarını və bu gün 44 müharibədə qazanılan ordu-xalq-du birlik bu gün necə qorunur. Bəzən qazilərlə bağlı xoş olmayan, neqativ hallar da ortaya çıxır. Sizcə səbəblər nədir?

 

 

 

 

II Vətən Müharibəsi qazisi Əfzələddin Ağabəyli: “Dövlətimə ona görə təşəkkür edirəm ki, həmişə öz əsgərinin yanındadır”

 

- “Qələbə bizimdir, həmişə də bizim olacaq.  44 günlük müharibədə mənə qürur verən o oldu ki, bir taborun 3 Vətən Müharibəsi Qəhrəmanı adını alanlardan biri də mən oldum. Bunlardan biri Şəhid- polkovnik -leytinant Vüqar Ağayev, ikincisi Şəhid mayor Məmmədov Xəyal, üçüncüsü isə mən idim.  Bu günkü gündə özüm özümlə qüruru duyuram, dövlətimə, cənab Ali Baş Komandana təşəkkür edirəm ki, bir könüllü əsgərə bu adı verdilər. Bunun özü ən böyük qələbədir.  Mən Cəbrayılın azad olunmasına görə “Cəsur döyüşçü” medalı ilə, Laçının, Qubadlının azad olunmasına görə “İgidliyə görə” medalları ilə təltif olunmuş. Dövlətimə ona görə təşəkkür edirəm ki, həmişə öz əsgərinin yanındadır”.

-Uzun müddət müalicə olundum, hələ də müalicəm davam edir. Mənim bir günlük müalicəm 78 yevro civarındadır.  Bunun da hər birini dövlət qarşılayır.  Mənim özümə qalsa, heç vaxt belə bəsaitlə müalicəmi apara bilməzdim.  Dövlət bu mənada da öz dəstəyini əsgərindən əsirgəmir.  Vətən uğrunda can qoyan hər bir insana dövlət öz qollarını açır. Ona görə də bu gün, ulu öndərimiz demişkən,  “mən fəxr eirəm ki, azərbaycanlıyam”.  Qürurlanıram ki, öz rayonundan, balaca bir kənddən bu titula layqiq bilinən ilk şəxsəm. 

Biz müharibəyə könüllü olaraq, ailəvi şəklində getmişik.  Qardaşımoğlu Ağabəyli Xəyyam, əmim oğlu Ağabəyli Ağabəy, bibim nəvəsi Əliyev Lətif və mən. Şükür Allaha ki, hər birimiz sağ-salamat geri dönmüşük.  Müxtəlif zamanlarda dönməyimizə baxmayaraq şükür Allaha ki, bugünkü gün burda varıq, qalib olaraq geri gəldik. Çünki dövlət öz əsgərinin yanında oldu, xalq dövlət, Ali Baş komandanın vəhdəti birliyi oldu...

-Bəzən yalançı qazilər də ortaya çıxır. Belə hallar olur. Hətta bir nəfər var idi, onu elə təbliğ eləmişdilər ki, sanki qəhrəmandır. Amma bunun bircə dənə medalı var.  Bu qazi veteran olduğuna görə, 86 manatı da ala bilmir. Yaxşı bunu ala bilmirsə, buna dövlət hansı qaziliyi verib. Amma çəliklə gəzir.  Düşünürəm ki, o əsl qazi deyil.  Guya tamamilə psixologiyası pozulmuş durumdadır,  halbu ki, o insan heç bir müyinələrə də gəlmir.  Hansı bölgədən olmağından asılı olmayaraq istənilən hərbi komissarlığa yaxınlaşırsan,  onlar göndərişlə səni Bakıya-Baş Klinik Qospitala göndərirlər. Orda hər bir insan pulsuz olaraq müayinə olunur, istər könüllü, istər səfərbərlik, istərsə də xidmət dövrünü başa vurmuş hərbçi... Yəni hərbi komissarlıq bunu edir.  Yəni dövlət təmin edir.  Nə zaman səhətində bir çətinliyin oldu, heç mülki həkimə getmə, hərbi qospitala gedə bilərsən. Bir dənə göndəriş alırsan gəlib bütün müayinələrdən keçirsən.  Hansı ki, mülki həkimlərə getsən həmin müayinə və müalicələrə görə 400-500 manat ödəməli olarsan.  Adi MRT-nin biri 90 manatdan başlayır.  Amma dövlət qazilər üçün bunun hamısını pulsuz edir.  Əgər qazi deyilən adam belə müayinələrə gəlmirsə demək yalan danışır.  Bu ona bənzəyir ki, məni bir yerə qonaq çağırırlar, mən getmirəm, sonra da deyinim ki, o insanın süfrəsi yaxşı deyildi. Mən onu necə deyə bilərəm. Bunlar da müayinəyə gəlmir,   sabahısı günü  qrup yaradaraq, kiminsə təşkilatçılığı ilə belə neqativləri yayırlar.  Bunlar hamısı boş şeylərdir.  Dövlət mənə bu şəraiti yaradıb. Niyə mən dövlətimizn əleyhinə çıxım!? Niyə sabah düşmən də bunu görüb dünyaya yaysın ki, guya “Azərbaycan əsgərinə baxmır”, “Əsgərlərin hamısı döyüşə getdiyinə peşmandır”... Bu məqsədəuyğun deyil və biz bu gün o qələbəni qeyd etməliyik.  Eləcə də hər bir insan öz haqqını özü tələb etməlidir...”

 

 

 

I qrup Qarabağ əlili, qazi Əhməd Abbasov:  “Dövlətimdən bir daha bunu xahiş edirəm”

-Mən kiçik çavuş, snayperçi olmuşam. Bu gün bir döyüşçü kimi məni qürurlandıran odur ki, layiqincə düşmənə qarşı döyüşdüm. Xocalı soyqırımını törədən cinayətkarların cəzasını verdim, bacardığım qədər qısasımızi aldım. Qürur duyuram ki, bugünkü gün torpaqlarımız işğal altında deyil.  Və xalqımız, millətimiz rahat, firəvan şəkildə öz rayonlarına gedib yaşaya biləcəklər. Eləcə də işğaldan azad olunmuş ölkənin vətəndaşı olmaq özü qürurvericidir. Və təbii ki, ALİ BAŞ Komandanın rəhbərliyi ilə qazanılan bu qələbənin bundan gözəl qürurverici məqamı ola bilməz.

Mən kiçik çavuş, snayperçi kimi Suqovuşanın azad olunmasında iştirak etdim. Suqovuşan azad olunandan sonra Ağdərə yolunda stnayper gülləsi ilə başımdan yaralandım.  Həkimlərin səyi, dövlətin dəstəyi ilə həyata qayıtdım. Sol tərəfim iflic olub, tez-tez sudurqa keçirirəm. Suqovuşanın azad olunmasına görə “İgidliyə görə” medallarla təltif olunmuşam. 

- Aldığım ağır xəsarətlə sağlıağlamlığım tam bərpa edilməyib. İlk vaxtlar əlillik, təqaüdü ala bilməmişdim. Amma indi alıram. I qrup əliləm. Dövlət tərəfindən mənə maşın, ev verilib.  Sosial təminatla bağlı bir çox məsələlər həll olunub. Buna görə dövlətimə təşəkkür edirəm.

Amma bir məsələ bu gün məni hələ də narahat edir. Bu gün ən çox istədiyim şey atamın həbsdən azad olunmasıdır. Başımla bağlı vəziyyətim yaxşı deyil.  Hər dəfə sudurqa tutanda elə bil ki, ölümdən qayıdıram.  Başdan bu xəsarəti alanlar çox ömür sürmür.  Ona görə də, istəyirəm ki, atam həbsdən azasd olunsun. Bu, bizim ailəmizə böyük dəstək olar. Dövlətimdən bir daha bunu xahiş edirəm.  

Digər bir məsələ odur ki, I qrup əlil oduğum üçün mənə iş vermirlər. 4 övladımla təqaüdlə dolanmaq çətindir.  Onu qeyd edim ki, mən Abşeron ərazisində qeydiyyatdayam. Abşeron icra başçısından çox razıyam.  Abşeron icra başçısı şəhidlərə, qazilərə  xüsusi diqqət ayırır. Bəzi məmurlar var ki, şəhid ailələrinə qazilərinə diqqətsizlik edir. Ancaq  Abşeron icra başçısı bizimlə görüşür, diqqət ayırır problemləri həll edir.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI