“Möhtəşəm Zəfərin Nişanəsi” bu dəfə ŞƏKİDƏ

12:50 25-07-2022 | icon 380 | Ədəbiyyat
“Möhtəşəm Zəfərin Nişanəsi” bu dəfə ŞƏKİDƏ

İyulun 22-də Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsi şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimat mərasimi keçirildi. 

 

Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə haqqında kitabda bəhs olunmuş İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 30 nəfər Şəhidimizin ailə üzvləri, Şəki ŞİH-in, Şəki şəhər Mərkəzi Kitabxanasının, Təhsil şöbəsinin əməkdaşları, eləcə də fəallar və gənclər iştirak etdilər.
 

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Şəki regional şöbəsinin sədri hörmətli şairimiz Vaqif Aslan giriş sözü ilə açdı.
 
 
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, Şəki Mərkəzi Kitabxanasının direktoru Kəmalə İsmayılova, kitabxananın əməkdaşı Dilbər Yaqubova, şəhid anaları İlkinbar Səmədova, Laləzar Nuhuyeva, jurnalist Çingiz Nağıyev, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı İradə Yusifli çıxış etdilər. Onlar öz çıxışlarında “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabım haqqında təəssüratlarını bölüşdülər və mənə uğurlar arzu etdilər.
 

Şəki şəhər MKS-ın əməkdaşı Dilbər xanım Yaqubova vətənpərvərlik mövzusunda yazdığım “Azərbaycan əsgəri” və “Var ol, Azərbaycanım!” adlı şeirlərimi tədbir iştirakçıları üçün səsləndirdi.
 

Tədbirin sonunda şəhid ailələrinə və tədbir iştirakçılarına müəllifi olduğum kitablar hədiyyə olundu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Vətənimlə və vətənimin biz gənclərə dəyər verən ziyalıları ilə fəxr edirəm!

 
SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI