“Zəfər” Yay Məktəbi layihəsinə start verildi

15:38 25-07-2022 | icon 162 | Təhsil
“Zəfər” Yay Məktəbi layihəsinə start verildi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi elan olunubdur.

 

Versus.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi elan olunubdur. Təşkilatımızın həyata keçirəcəyi layihə “Zəfər” Yay Məktəbi adlanır. Məktəbli şəhid övladları yay məktəbində  4 peşə istiqamətində - musiqi, fotoqrafiya, rəssamlıq və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdirəcək, davamlı təlimlərə cəlb olunacaqlar. 

 

Təşkilatın ofisində baş tutan layihənin hazırlıq iclasında Bakı şəhərində  təlimləri həyata keçirəcək peşəkar təlimçilərlə, texniki heyətlə görüş keçirilib, qarşıda duran məqsəd və vəzifələr müzakirə edilib, iş bölgüsü aparılıb. Şəhid övladlarının bacarığını və maraq dünyasını nəzərə alaraq cəlb olunduğu təlimlər sahəyə uyğun olaraq emalatxanalarda həyata keçiriləcək. Hər istiqamət üzrə ayrılıqda 8 təlim keçirilməsi nəzərdə tutulub. Ümumilikdə 32 təlim olmaqla, hər peşə qrupunda 8 şəhid övladı iştirak edəcək. Şəhid övladları təlimlər nəticəsində əldə etdikləri naliyyət və bacarıqlarını sentyabr ayının əvvəlində Şuşa şəhərində keçiriləcək Yay məktəbinin iki günlük bağlanış mərasimində nümayiş etdirəcəklər. Şəhid övladları Şuşaya öz ideyaları, bacarıqları və düşüncələri ilə gedəcəklər.    

 

Hazırlıq iclasında “Zəfər” İB-nin sədri Sevinc Alızadə layihənin məqsəd və qarşıya qoyulan vəzifələrdən söz açaraq bildirib ki, müsabiqədə uğur qazanmaq məsuliyyətimizi ikiqat artırır, çünki Şuşanın Azərbaycan və Türk dünyasının mədəni və mənəvi irsinin daşıyıcısı olması, şəhid qəhrəmanlarımızın fədakarlığını və şücaətini özündə əks etdirməsi üzərimizdə böyük məsuliyyət yaradır. Təlimlərdə əldə olunan nailiyyətlərin Şuşa şəhərində təqdim olunması şəhid övladlarına  da böyük məsuliyyət yaratmaqla yanaşı, qürur hissi yaşadacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI