"Gənc Liderlər üçün Yay Universiteti" layihəsi başa çatdı

15:40 25-07-2022 | icon 166 | Təhsil
"Gənc Liderlər üçün Yay Universiteti" layihəsi başa çatdı

Naftalan ŞİH və "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 18-22 iyul tarixlərində Naftalan şəhərində "Gənc Liderlər üçün Yay Universiteti" layihəsində müxtəlif təlimlər və panel müzakirələr ilə yadda qalıb.

 

Versus.az xəbər verir ki, panel və təlimlərdən ibarət olan görüşlərdə iştirak edən deputat Naqif Həmzəyev “Gənclər nə istəyir?", “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində” mövzusunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, “Azərbaycanda vətəndaş cəmiyyəti: reallıqlar, perspektivlər” mövzusunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Gimnastika Federasiyasının könüllülər proqramının rəhbəri, "Azərbaycan İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Xaqani Fərəcov “Könüllülük və könüllülər proqramının idarə olunması", CyberPoint şirkətinin Marketinq və satış departament müdiri Mehman İsgəndərov və İnformasiya təhlükəsizliyi məsələləri üzrə direktor müavini Aydın Qurbanlı isə “Kiber hücumlara qarşı necə qorunmalı?” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

 

O cümlədən Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev və “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının iştirakı ilə baş tutan panel zamanı Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Fransanın Strasburq şəhərində təşkil olunan “Gənclərin hüquqlara çıxışı” seminarında qazanılmış bilik və təcrübə panelistlər tərəfindən gənclərlə bölüşülüb.

 

Həmçinin, "Enerjini Paylaş" devizi ilə komandalar arasında müxtəlif əyləncə proqramları təşkil olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI