Kadr potensialının zəif olması kadr islahatlarını LƏNGİDİR

13:29 26-07-2022 | icon 249 | Siyasət
Kadr potensialının zəif olması kadr islahatlarını LƏNGİDİR

Dinarə Məmmədova: “Hakimiyyətin bilikli, ehtiyat kadrları yoxdur"

 

“Azərbaycanda icra başçılarının, məmurların fəaliyyəti cəmiyyət tərəfindən hər zaman müşahidə olunub. Hamısına aid edilməsə də, onların əksərinin savadsız olmaları, rüşvətxorluq, korrupsiya hallarına yol vermələri barədə fikirlərə tez-tez rast gəlirik. Son illərdə bir neçə rayonun icra başçısının, məmurların həbs olunmasının da şahidi olduq. Əsas odur ki, bu kadr islahatları davamlıdır və təqdirə layiq haldır”.

 

Versus.Az xəbər verir ki, bunu hakimiyyətin kadr islahatları, o cümlədən, yeni icra başçılarının təyin olunması ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

 

Dinarə Məmmədova qeyd edib ki, kadr islahatlarının davamlı olunması təqdirəlayiq haldır:

 

“Cəmiyyətdə gedən müzakirələrdə, hakimiyyətin gənc kadrlarla bağlı qıtlıq yaşadığını düşünənlər də var, bunun əksini deyənlər də. Artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzləyirlər. Onların da hardasa 30-40 yaşları var. Yəni ki, onlar Azərbaycanın müstəqillik dövründə böyüyüblər və çoxu xaricdə təhsil alıb. Nəzərə alsaq ki, xaricdə oxuyanların əksəriyyəti varlı ailələrin uşaqlarıdır, onların bir çoxunda normal savad yoxdur. Kadr islahatı prosesində yalnız xaricdə təhsil almaq, dil bilmək prinsipi əsas götürülür. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bu gün ölkəmizdə xarici dil bilən on minlərlə gənc var, xaricdə təhsil almadıqlarından irəli çəkilməyiblər”.

 

Dinarə Məmmədovanın sözlərinə görə, kadr islahatlarının lənqiməsi kadr potensialın zəif olduğundan irəli gəlir:

 

“Hakimiyyətin bilikli, ehtiyat kadrları yoxdur. İllər boyu icra strukturlarında yerdəyişmə olub. Məmur üçün 5-7 il bəs edir ki, öz iş potensialını ortalığa qoysun. Bu illərdə o çalışır ki, bir iş görsün. Əgər 5-7 ildən sonra o vəzifədə qalırsa, artıq öz maraqlarına xidmət edir. Bizdə isə 20 ildən çox vəzifədə olanlar var. Hətta 20 il parlamentə gedib-gələn deputatlar var. Fikrimcə, kadrın təyinatında onun idarəetmə qabiliyyəti və təcrübəsi əsas götürməlidir. Burada bütövlükdə sistem dəyişməlidir. İnsanların təfəkkürü, onların hadisələrə yanaşmaları dəyişilməlidir. Dəfələrlə təklif vermişik ki, müxalifət daxilində savadlı, idarəçiliyi və işini bilən mütəxəssis kadrlar var. Müraciət etsinlər, biz də kadrlarımızı verək. Bu dövlət hamımızındır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI