Yeni qanun layihəsi qəbul olunacaqsa...

10:16 28-07-2022 | icon 334 | Siyasət
Yeni qanun layihəsi qəbul olunacaqsa...

Fuad Əliyev: "Sənəd iqtidar-müxalifət münasibətlərində tənzimləmə rolu oynamalıdır"

 

Xəbər verdiyimiz kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər.

 

Versus.Az xəbər verir ki, müraciətdə “ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi” qeyd edilib. Sənədin hazırlanması üzrə işə başlanılıb. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.

 

Yeni qanunda nələr olacaq? Hansı dəyişikliklər gözlənilir? Məhdudlaşdırıcı normalar, yoxsa açılımlar gözlənilir?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, bu qanunun qəbulu gecikib:

 

“Hesab edirəm ki, yeni qanun layihəsinə edilən dəyişikliklər siyasi partiyaların fəaliyyətini daha da tənzimləyəcək, stimullaşdıracaq, onlara yeni qüvvə, yeni can verəcək. Burada xüsusilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi və 1992-ci ildə qəbul olunan qanuna 30 ildən sonra yeni baxış, yeni maddələrin əlavə olunması, yeni variantların qanuniləşdirilməsi məsələləri əks olunmalıdır. Bu, partiyaların fəaliyyətini daha da stimullaşdıracaq, aktivləşdirəcək, qanuna və hüquqa hörmət çərçivəsində fəaliyyətini genişləndirəcək. Bütun hallarda bu qanun çoxdan lazım idi."

 

”Siyasi partiyalar haqqında" qanun layihəsinə olunan əlavə və dəyişiklikləri təqdirəlayiq hesab edən partiya sədri vurğulayıb ki, yeni qanun layihəsi qəbul olunacaqsa, sənəd müasir dövrdə digər dövlətlərdə olduğu kimi iqtidar-müxalifət münasibətlərində tənzimləmə rolu oynamalıdır ki, bir-birinə qarşı hörmət formasında siyasi mübarizənin yolunu müəyyən etsin:

 

"Fikrimcə, sənəd partiyaların dövlətdən maliyyələşməsinin hüququnu müəyyən etməli və eyni zamanda partiyaların fəaliyyətinə bürokratik əngəllərin aradan götürülməsi ilə qanunauyğun formada fəaliyyəti tənzimləməlidir. Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda yəqin ki əksini tapacaq. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. ALDP-nın təkliflərinə gəlincə, deyə bilərəm ki, təkliflərimizi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə ona təqdim etmişdim. Bu barədə o özü də qeyd etmişdir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir. Hər halda, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna ehtiyac var".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI