“Ölüm sayı 8 milyona çata bilər”

11:26 28-07-2022 | icon 153 | Sağlamlıq
“Ölüm sayı 8 milyona çata bilər”

“ÜST-ün məlumatına görə, orta hesabla dünya əhalisinin 29 faizi siqaret çəkir. Onlardan 10 faizi qadınlar, 47 faizi isə kişilərdir. Bu tendensiya artır”.

 

Bu sözləri Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsinin müdiri Vasif Abdullayev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

 

O bildirib ki, ildə 3 milyondan çox insan tütün çəkdiyi üçün yaranan fəsadlardan vəfat edir:

 

“Bu tendensiya belə davam edərsə, 2030-cu ildə ölüm sayı 8 milyona çata bilər. Siqaret çəkmək bir vərdiş, asılılıq olsa da ondan qurtulmaq mümkündür. Xəstələrlə işləyirik. Görürük ki, 50-60 yaşında şəxslər cavanlıqda bunun zərərləri barədə məlumatsız olduqlarından bu pis vərdişə yiyələniblər. Müşahidələr göstərir ki, gənc yaşlarda maariflənmə olmalıdır. Ürək, qan-damar xəstəlikləri, onkoloji xəstəliklər və s. bundan yaranır. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsində yatan xəstələrin 70 faizi siqaret çəkdikləri üçün orqanizmdə yaşadığı fəsadlardan müalicə alanlardır. Xüsusilə də ağciyərlərin xroniki abstruktiv xəstəliyi üstünlük təşkil edir. Bu xəstəliyin ölümlə nəticələnmə riski həddən çoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb