"Vasitəçilərin qətiyyətli addım atmasına ehtiyac var"


Aydın Quliyev: “Erməni baş naziri ilə görüşün nəticə verəcəyinə etimad göstərmirəm”
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşiyanın ikitərəfli görüşü hazırlanır. Erməni mətbuatı bu barədə xəbərlər paylaşmaqla yanaşı, öz narahatlıqlarını da gizlətmirlər. Bəllidir ki, 2020-ci il üçtərəfli sazişinə əsasən Azərbaycan, Ermənistan rəsmiləri müxtəlif ranqlarda görüşlər keçirib və Ermənistanı həmin sazişin bəndlərinə uyğun olaraq öz öhtəliklərini yerinə yetirməyə dəvət ediblər. Azərbaycan üzərinə düşən öhtəlikləri yerinə yetirir.
Eləcə də Moskva, Bürüssel, sərhəd komissiyalarının, eləcə də xarici işlər nazirlərinin keçirdiyi görüşlərdə sanki Ermənistanən müsbət addımlar atacağı ilə bağlı gözləntlər önə çəkilib. Erməni Paşinyan götürdüyü öhtəliklərə ikibaşlı yanaşır. Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər Ermənistan tərəfindən uzadılır.
Növbəti bu görüş Ermənistanın nəhayət öz öhtəlukərini yerinə yetirməsi üçün hansı təsirini və əhəmiyyətini verəcək. Ermənistan qarşısında hansı şərht və tələb qoyulmalıdır. Eləcə də bu prosesdə vasitəçi olan Avropa, Rusiya hansı mövqe sərgiləməlidir?
Versus.az-a bu istiqamətdə şərh verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, hazırda Azərbaycan-Ermənistan rəhbərliyinin ali səviyyədə görüşünün hazırlanması ilə bağlı informasiyalar var və bu görüşün hansısa nəticə verib-verməyəcəyi sual obyektidir.
“Artıq iki ölkə arasında vasitəçilərsiz birbaşa dialoq başlanıb. Bəllidir ki, iyul ayının 15-də Tiflisdə xarici işlər nazirləri beynəlxalq vasitəçilərsiz görüş keçirdiblər. Bu görüş mayın 22 -də Avropa Birliyinin prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə olunmuş razılaşmaya əsasən keçirilən görüş kimi də nəzərədən keçirdilə bilər. Doğrudur, bu görüş olduqca gec baş tutdu. Lakin Azərbaycanla bağlı heç bir qüsurlu addım yoxdur. Çünki Azərbaycan Brüsseldən qayıdandan dərhal sonra xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin məzmununun hazırlanması ilə bağlı işçi heyətin yaradılması və görüşün keçirilməsi üçün iradəsini ortaya qoydu. Baş nazir səviyyəsində belə bir qrupun yaradılması qərarlaşdı. Üstündən xeyli müddət keçməyinə baxmayaraq Ermənistan tərəfi belə bir danışıq qrupu yaratmayıb. İyul ayının 16-dan sonra bildirildi ki, Ermənistan sülh sazişinin hazırlanması üzrə işçi qrupunun yaradılmasına və onun elan olunmasına dərhal gedəcək, amma təəssüf ki, bu gözləntilər də özünü doğrultmadı. Artıq 10 gün ötməsinə baxmayaraq Ermənistan sülh sazişinin mətninin hazırlanması üzrə danışıqlar aparacaq qrupun tərkibini bəyan etməyib”.
A.Quliyevin sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv davranışları onu göstərir, Ermənistan prinsipial məsələlərdə ardıcıl mövqedə deyil. Ermənistan nəticəsizliyə hesabanmış mövqeyə daha çox üstünlük verir. Onun fikrincə, belə bir şəraitdə dövlət başçıları səviyyəsində görüşün keçirilməsi Azərbaycan üçün məqbul olsa da, onun müsbət nəticə verəcəyi ilə bağlı suallar var. Siyasi şərhçi hesab edir ki, belə bir vəziyyətdə vasitəçi tərəflərin qətiyyətli addımlar atmasına ehtiyac var:
“Ermənistana qarşı təzyiq gücləndirilməlidir. Xüsusilə Moskvanın, Avropa Birliyinin Ermənistanın ikitərəfli və çoxtərəfli görüşlərdə üzərinə götürdüyü öhtəliklərə məcbur edilməsi işi sürətləndirilmlidir. Əks halda hətta dövlət başçısının erməni baş nazirlə keçirəcəyi görüşün hansısa nəticə verəcəyinə o qədər də etimad etmirəm”.
T.Qafarlı
Versus.az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”