"Azərbaycan məcbur qalacaq"

12:42 28-07-2022 | icon 211 | Geopolitika
"Azərbaycan məcbur qalacaq"

Mətin Məmmədli: “Atəşkəs rejiminin pozulması çox ciddi narahatlıq yaradıb"

 

44 günlük müharibədə kapitulyasiya aktına imza atmağa məcbur olan, hərbi meydanda başı əzilən Ermənistan ordusunun tör-töküntüləri silahı yerə qoymaq istəmir. Vaxtaşırı erməni hərbi birləşmələrinin Azərbaycan dövlət sərhədi istiqamətində atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması düşmənin barışmaz mövqeyini bir daha ifadə edir. Üstəlik, Azərbaycan Ermənistanı sülhə dəvət etsə də, üçtərəfli sazişə əsasən götürdüyü öhtəlikləri yerinə yetirməyə çağrılsa da, bu öhtəliklərin icrasına əsasən erməni silahlıları  Qarabağdan çıxarılmalı olduğu halda, Azərbaycan ərazsində qalan erməni silahlı quldurları yenə də təmas xəttində ordumuzu atəşə tuturlar. Erməni terrorçu dəstələri silahı yerə qoymursa, nəyə nail olmağa çalışırlar? Bu hərbi təxribatın arxasında hansı siyasi motivlər var?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi elmlər doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib ki, ermənilərin həm Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə, həm Ermənistan Azərbaycan sərhəddində törətdiyi təxribatlar bütövlükdə iki ölkə arasında başlanmış sülh prosesinə olduqca mənfi təsir göstərir.

 

M.Məmmədlinin sözlərinə görə,  xüsusilə Rusiya sülhməramlılarının nəzarəti altında olan  belə təxribatçı fəaliyyət, atəşkəs rejiminin pozulması Azərbaycan ictimaiyyəti və dövlətində çox ciddi narahatlıqlar yaradır:

 

“Təbii ki, buna cavab olaraq Azərbaycan dövləti regionda qeyri-qanuni mövcudluğunu davam etdirən erməni hərbi birləşmələrinin ərazidən çıxarılması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacaq.  Eyni zamanda da bu gün Laçın - Xankəndi yolu Ermənistan tərəfindən dəhliz kimi istifadə olunur. Artıq  həmin dəhlizin tam olaraq ölkəmizin nəzarətinə keçməsi  gündəmə gətirilə bilər ki, buna ölkə rəsmiləri və prezident səviyyəsində münasibət bildirilib.  Təbii ki, ermənilərin davamlı olaraq belə addımlar atması Zəngəzur dəhlizinin açılması məsələsini gecikdirir”.

 

Siyasi ekspert hesab edir ki, erməni silahlılarınən belə fəallaşması həm Ermənistanla bağlıdır, həm də ölkəmizizn yerləşdiyi mürəkkəb geosiyasi vəziyyətlə bağlıdır:

 

“Ermənilər bölgədə qeyri-stabil vəziyyətin yaranmasına səbəb olur”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI