"Atəşkəsin 9 dəfə pozulması hərbi intensivlikdən xəbər verir"

12:51 28-07-2022 | icon 319 | Qarabağ
"Atəşkəsin 9 dəfə pozulması hərbi intensivlikdən xəbər verir"

 

 

 

Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərdə deyildiyi kimi ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Erməni təxribatçıları 2 dəfə  dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutublar.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Görünən odur ki, nəinki erməni silahlıları ərazilərimizdən çıxarılır, əksinə silahlanaraq terror törətməkdən çəkinmirlər.

Ermənilərin hərbi insidentləri nədən xəbər verir və hansı addımların atılmasını zəruri edir.

Azərbaycan üçtərəfli sazişə əsasən öz ərazisindən Ermənistana dəhliz verir, ermənilər isə heç bir öhtəliyə əməl etmir, üstəlik də isənilən vaxt o dəhlizdən Azərbaycana qarşı istifadə edirlər.

 

 

Versus.az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib ki, ermənilərin Qarabağ ərazisində və sərhəddə törətdiyi insident onların Azərbaycanın əks addımlarını tələsdirməsi fonunda qiymətləndirilməlidir. Hərbi ekspert qeyd edib ki, ermənilər Prezidentin 6 aylıq iqtisadi yekunlara dair iclasda bildirdiyi o qırmızı xəttlərin müəyyən edilməsinə müsbət cavab vermədi. 

“Biz ermənilərin qeyri-qanuni silahlı birləşmələrini ərazilərimizdən çıxaracaqlarını gözlədiyimiz halda, əksinə Ermənistan bu bölgələrə ezam olunan hərbçilərini sentyabra qədər çıxaracaqlarına dair bəyanat verdi. Əslində bu Azərbaycanı heç də qane etməyən yanaşma idi. Ermənilər bununla demək istədilər ki, Qarabağ ərazisində qeyri-qanuni birləşmələrin yenidən təşkilatlanmasını davam etdirəcəyik.  Təbii ki, bu Azərbaycan üçün qırmızı xəttlərdir”.

 

 

E.Şıxəliyev hesab edir ki, bunun Rusiyaya yönəlik mesajı var. Bu da ondan ibarətdir ki, Rusiya üçtərəfli sazişdəki imzasına hörmət olaraq bunu təmin etməli idi.

 

Onun fikrincə, Rusiya da buna göz yumur.  Rusiya sülhməramlılarının bölgədə yerləşməsi fonunda Ermənistandan gələn bu bəyanatlar artıq siyasi krizin sonlanmasına gətirib çıxardan bir vəziyyət kimi qiymətləndirilməlidir.

 

“Çünki siyasi krizlər çözülməyəndə, hərbi kriz başlayır. İndiki atəşkəsin 9 dəfə pozulması hərbi intensivlikdən xəbər verir. Ermənilər sanki  Azərbaycanı dəmir yumruğunu yenidən qaldırmağa təhrik etmək istəyirlər. Heç şübhəsiz ki, atəşkəs pozulacaqsa Azərbaycan bunun cavabını verəcək”.

 

Hərbi ekspert hesab edir ki, ermənilər Qarabağda, Sərhəddə Azərbaycanın hərbi rəhbərliyinin səbrini test edirlər. Onun fikrincə, ermənilər siyasi krizin, hərbi krizə çevrilməsinə tələsirlər.

 

“Erməni adına bunu ağılla, məntiqlə çözmək çətindir. Çünki bilirlər ki, karidorların açılması ilə bağlı vaxtın uzadılmasına Azərbaycanın səbri qalmayıb. Amma bunlar immitasiya edərək  Zəngəzur dəhlizinin açılması, sərhədlərin tanınması, Qarabağ ərazisində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğunun zamanını uzadırlar.  Düşünürəm ki, bu fonda Azərbaycan tərəfindən atılan addımlar çox ciddi və təsirli olacaq. Xüsusən də əgər Zəngəzur karidorunun açılmaması yönündə səy  göstərirlərsə, o zaman Laçın karidoru niyə açıq olmalıdır?!. Azərbaycan da birtərəfli qaydada Laçın karidorunu nəzarətə götürüb özünün nəzarət buraxılış məntəqəsini yarada bilər. Eləcə də Ermənistan öhtəlikləri yerinə yetirməyəcəksə sahədə Azərbaycan əsgərinin ayağı harda dayanacaqsa, bizim sərhəddimiz də orda olacaq. Burda ermənilər üçün ən pis ssenarilər mövcud ola bilər. Ermənilər Rusiya sülhməramlılarına arxayındırlar. Elə bilirlər ki, istədikləri addımları ata bilərlər. Sadəcə Azərbaycan silahlı qüvvələrinin vəziyyətindən xəbərsizdirlər, siyasi direktivlərimizdən xəbərsizdirlər. Düşünürəm ki, payız kampaniyasına qədər ermənilər bizi qəti addımlar atmağa məcbur edəcəklər. Ermənilər belə davam etsə Azərbaycan hərbi-siyasi qərarlar qəbul etməyə məcbur olacaq”.

 

T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI