Kənan Doğulu Xəzərin sahilində


Türkiyənin parlaq pop ulduzu Kənan Doğulu ötən axşam Xəzər dənizinin sahilində, “SEA BREEZE Summer LIVE” çərçivəsində canlı solo konserti ilə çıxış edib.
Versus.az xəbər verir ki, müğənni musiqili gecəni “Bumaya” nəğməsi ilə açıq elan edib. Türkiyə ulduzunu səbirsizliklə gözləyən tamaşaçı səhnəyə çıxan sənətçini gürultulu alqışlarla qarşılayıb.
İlk mahnısını səsləndirdikdən sonra Kənan Doğulu pərəstişkarlarını salmlayaraq, - “Əziz dostlar, sizi konsertimdə görməyə şadam, xoşbəxtəm ki, bu gecəni sizinlə bölüşəcəyik”, - deyə “Boş səhifə” mahnısı ilə səhnə perfomansını davam etdirib.
Kənanın ifa etdiyi nəğmələri tamaşaçıların onunla birgə əzbərdən oxuması Kənanın diqqətini çəkərək, müğənninu daha da ruhlandırdı.Doğulunun mahnılarını onunla bərabər ifa edən pərəstişkarları həm də riqqətə gəlib, gözəl rəqslərini də nümayiş elətdirdilər.
Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”