“Sərhəddə və Qarabağda baş verən təxribatlar məqsədli şəkildə həyata keçirilir. Münaqişənin qaynar xəttə keçməsi ehtimalı artır”. 

 

Versus.az xəbər verir ki, bunu hafta.az-a politoloq Samir Hümbətov son günlər sülhməramlıların nəzarəti altında olan Qarabağda erməni silahlılarının mövqelərimizi atəşə tutması və münaqişənin gərginləşməsinə edilən cəhdlərlə bağlı şərhində bildirib.

 

Politoloq hesab edir ki, bu gün sərhəddə vəziyyət gərgindir. Son dövrlər təxribatların sayı artıb. Eləcə də Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Azərbaycan və Ermənistan arasında istənilən formada aparılan danışıqlar yalnız Rusiyanın vasitəçiliyi ilə gerçəkləşə bilər:

 

“Yəni Rusiya danışıqların 10 noyabr, 11 yanvar və 26 noyabr  üçtərəfli bəyannamələrinə əsasən aparılmasını iddia edir. Sərhəddə baş verən problemlər, insidentlər, üstəlik Azərbaycanın Qarabağ bölgəsində baş verən proseslər, sülh danışıqlarının sıfıra endirməsi və Rusiyanın verdiyi açıqlamalar o deməkdir ki, proseslər bir mərkəzdən idarə olunur. İdarəçi  Rusiyadır və Ermənistanın danışıqlar masasasına gəlməməsi üçün əlindən nə gəlirsə edir”.

 

S.Hümbətov hesab edir ki, yaranmış vəziyyəti nəzərə alaraq məsələnin həllini vasitəçilərin üzərinə qoymalıyıq. Vasitəçilər bu prosesi icra eləməlidir.

 

SEVDA
Versus.az