"...Onlar adekvat cavabı almalıdırlar”

17:49 28-07-2022 | icon 338 | Geopolitika
"...Onlar adekvat cavabı almalıdırlar”

 A.A.İmamqulu: “Fars və erməni dövləti bənzər keçmişdən gəldikləri üçün narahatdılar”

 

“İran İslam Respublikası düşmənimizin ərazi bütövlüyünün qırmızı çizgisi olduğunu bəyan edir. Bayatılarımıza, nağıllarımıza görə siyasi mesajlar verir. Soydaşlarımızı davamlı işgəncələrə məruz qoyur. İraqda Türkiyəyə qarşı Rusiya, Qərb və sionistlərlə müttəfiqlik edir. Bütün bunları edərkən isə islam dinini unudub fars şovinizmini göstərməsi ilə əsl üzünü göstərmiş olur”.

 

Versus.az xəbər verir ki, bunu hərbi təhlilçi Alp Arslan İmamqulu qonşu İrandan Azərbaycana qarşı gələn əks münasibət, səslənən əks fikirlərin hədəfləri ilə bağlı açıqlamasında bildirib.

 

A.A.İmamqulu qeyd edib ki, İranın Ermənistana dəstək çıxmasını normal qarşılamaq olar. Çünkü hər ikisi bu bölgədə Azərbaycan torpaqları üzərində dövlət olublar:

 

“1828-ci ildən etibarən türk Qacar dövlətinin şimal torpaqlarını itirməsi ilə erməni tayfaları tədricən ərazilərimizi zəbt etdikləri kimi, Arazın cənubunda da Qərbin dəstəyi ilə farslaşdırma prosesi başlanıb. 70 illik sovet Rusiyası işğalı dönəmində isə arxivlərimiz məhv edilərək tariximiz saxtalaşdırılıb. Məhz baş verənlərə görə Ermənistanda irsimizdən heç bir nümunə qalmayıb. Bu günün İranı isə Səfəvilər, Əfşarlar, Qacarlar kimi atalarımızın qurduğu dövlətləri fars kökənli olaraq tanıtmağa çalışıblar. Dolayısı ilə hər iki mövcud saxta fars və erməni dövlətləri eyni bənzər keçmişdən gəldikləri üçün narahatdırlar. Amma bilməlidirlər ki, bu torpaqların əsl sahiblərinə qarşı əlbir olaraq düşmən mövqedə durmaları onların sonunun gəlməsinə əngəl olmayacaq”.

 

Hərbi təhlilçi bildirib ki, Azərbaycan qonşu dövlətlərlə daim sülhü bərpa etmə, qarşılıqlı əməkdaşlıq, qonşuluq siyasəti müstəvisində münasibətlərini qorumaq üçün addımlar atmaqdadır.   Lakin Rusiya, İran görülən bu kimi tədbirlərdən ya sui-istifadə edir,  ya da əsl üzlərini gizlətməyə çalışırlar. 

 

Onun sözlərinə görə, nə qədər Azərbaycanla  qarşılıqlı görüşlər keçirsələr də, müəyyən sövdələşmələr, müqavilələr imzalansa da, Rusiyanın prezidenti sanki Azərbaycandan yana mesajlar versə də, reallıqda bölgəmizdə yerləşən rus sülhməramlılarının ərazilərimizdə terroristləri himayə etməsi, onları dəstəkləməsi və inkişaf etdirməsi fonunda əsl siması açıq, birmənalı şəkildə görünür. Eləcə də Azərbaycan İranla münasibətlərdə ticari əlaqələrin güclənməsi, qarşılıqlı loqistik fəaliyyətlərin tənzimlənməsi istiqamətində addımlar atsa da, yenə də fars şovenizmi vaxtaşırı olaraq Ermənistanın yanında olduğunu göstərir:

 

“Biz istərdik ki, İran müsbət mənada Azərbaycanın sərhədlərinin tanınması, ərazi bütövlüyünə qəsd edən dövlətə qarşı dayanmaq üçün yanımızda olsun. Amma reallıq bunu göstərmir. Bir hərbi analitik, yaxud sadə vətəndaş olaraq bütün bunlara laqeyd yanaşa bilmərik. Azərbaycan bütün istiqamətlərdə münasibətlərin tənzimlənməsi, sülhün bərqərar olunması üçün addımlar atır. Eləcə də iqtisadi, siyasi,  mənəvi münasibətlərin tənzimlənməsinə dair addımlar atmaqdadır. Amma buna qarşı əks reaksiyalar var və onlar adekvat cavabı almalıdırlar”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR