Omikronu “yay virusları”ndan fərqləndirməyin yolları


Koronavirusun “Omikron” ştammı, bağırsaq virus infeksiyalarından fərqli olaraq, boğaz ağrısı və öskürəklə müşayiət olunur.
Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.
Onun sözlərinə görə, yay özü ilə bir sıra infeksion xəstəliklər gətirir.
“Bunlar müxtəlif bağırsaq viruslarıdır - enterovirus, rotavirus, norovirus və s. Əgər xəstəlik ürəkbulanma, qusma, bağırsaq pozğunluğu və yüksək hərarət şəklində özünü göstərirsə, çox güman ki, bu, bağırsaq virus infeksiyasıdır”, - deyə Timakov izah edib.
Mütəxəssis əlavə edib ki, əgər bu əlamətlərə öskürək, asqırma, boğaz ağrısı əlavə olunursa, deməli, insan, çox güman ki, “Omikron”a yoluxub.
Bununla belə, həkim COVID-19-u simptomlarla müəyyənləşdirməyi məsləhət görməyib və dəqiq diaqnozun yalnız PZR testi ilə müəyyən edildiyini vurğulayıb.

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”