"İstilik enerjisini tənzimləyən sənəd xüsusi əhəmiyyətə malikdir"

08:36 29-07-2022 | icon 216 | Sosial
"İstilik enerjisini tənzimləyən sənəd xüsusi əhəmiyyətə malikdir"

 

 

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli Fərmanı  istilik enerjisi sahəsində fəaliyyətin gücləndirilməsi, səmərəliliyin artırılması və istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədi ilə yeni hüquqi bazanın yaradılması  istiqamətində mühüm rol oynayacaq.

         

 

Bu barədə "Azəristiliktechizat ASC"-nin mətbuat xidmətindən Versus.az-a verilən məlumatda deyilir. 

 

Məlumatda qeyd olunur ki, fərmanda ilk növbədə  bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, istilik enerjisindən istifadə qaydalarının təsdiq olunması nəzərdə tutulur ki, bu da istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə həm istehlakçı, həm də digər qurumlar arasında qarşılıqlı münasibətləri tənzimləyən sənəd olacaqdır.  

 

"Hazırda  istilik enerjisi sahəsində istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri, texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması, hesablaşmaların aparılması, istilik enerjisinin verilməsinin dayandırılması, təchizatçı və istehlakçı arasında sərhədlərin məyyənləşdirilməsi kimi məsələləri tənzimləyən və ümumilikdə sistemin səmərəli fəaliyyətinə təsir edə biləcək hüquqi aktların hazırlanmasına böyük ehtiyac vardır ki, qeyd olunan Fərman bu sahədə münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayacaqdır.

 

Bundan başqa sözügedən Fərman “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra tənzimləyici alətlərin istilik enerjisi sahəsində də tətbiqinin nəzərdə tutulması və bu sahədə idarəetmənin təşkil olunmasını tənzimləyən sənəd kimi xüsusi əhəmiiyətə malikdir"- məlumatda qeyd olunub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI