Dizaltı kistlərin fizioterapevtik metodlarla MÜALİCƏSİ

09:33 29-07-2022 | icon 324 | Sağlamlıq
Dizaltı kistlərin fizioterapevtik metodlarla MÜALİCƏSİ

Nərminə Abbasova: “Müalicə zərbə-dalğalı terapiya ilə həyata keçirilir”

 

“Beyker kisti - dizaltı nahiyyədə, diz oynagının arxasında yerləşən, içərisi adətən şəffaf, sarımtıl maye ilə dolu törəmə olub, müxtəlif ölçülərə çata bilir. Daha çox diz oynagının artrozunda rast gəlinir.

 

Bunu Versus.Az-ın oxucularını dizaltı nahiyədə olan şişkinliklə bağlı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA deyir.

 

Həkim-terapevt bildirdi ki, travma, revmatoid artritdən sonra da inkişaf edə bilər. Onun sözlərinə görə, bəzi hallarda isə yaranma səbəbini aydınlaşdırmaq mümkün olmur:

 

“Əsas şikayət dizaltı nahiyyədə, xüsusilə də hərəkət vaxtı (bükmə zamanı) ağrının yaranması, sinir və damarlar sıxıldıqda isə baldırda ağrı, ödem, keyləşmədən ibarət olur. Kista lap çox böyüdükdə əllənir, bəzən isə dizaltı venanı sıxaraq onun kəskin trombozunu törədə bilir”.

 

 

Nərminə həkim onu da qeyd etdi ki, ciddi fəsadlarından biri kistanın partlaması və onun dizaltında kəskin ağrı, baldırda ödemlə müşayiət olunmasıdır:

 

“Beyker kistlərinin fizioterapevtik metodlarla müalicəsi zərbə-dalğalı terapiya ilə həyata keçirilir. Zərbə-dalğalı terapiya- müasir qeyri-cərrahi müalicə metodu olub, beyker kistlərinin kompleks müalicəsində əhəmiyətli, effektiv metod hesab edilir. Kurs müalicə və seansların sayı həkimin xəstəni ətraflı müayinəsindən sonra həyata keçirilir. Zərbə-dalğalı terapiya ilə müalicə nəticəsində – zədələnmiş nahiyyədə ödemin və iltihabi dəyişikliklərin azalmasına, zədələnmiş toxumada qanın mikrosirkulyasiyasının sürətlənməsinə, orqanizmin regenerasiya qabiliyyətinin artmasına, toxumaların qan təchizatının bərpasına, ağrı sindromunun azalmasına səbəb olur. Eyni zamanda zərbədalğalı terapiya beyker kistlərinin ağırlaşma riskini minimum endirir.

 

Həkim deyir ki, adətən ağır hallarda kistanı punksiya edib möhtəviyyatı boşaldır və içərisinə iltihab əleyhinə preparatlar yeridilir. Onun sözlərinə görə, daha yaxşı olar ki, bu prosedura USM-in altında aparılsın:

 

“Bu daha dəqiq, az travmatik və tam təhlükəsiz olur. Xüsusilə də kista çox kameralı olduqda bu üsul əvəzsizdir. USM-in nəzarəti ilə aparılan punksiyaların ən böyük üstünlüyü isə kistanın yaxınlığında yerləşən damarların zədələnmədən qorunmasıdır. Bir çox hallarda punksion müalicə kifayət edir. Əgər maye təkrar-təkrar yıgılırsa, punksion metod effekt vermirsə, kista böyük ölçülərdə qalırsa, o vaxt cərrahi müalicə sistektomiya icra edilir. Punksiya ambulator şəraitdə yerli anesteziya ilə aparıldığında, xəstəxanada qalmağa ehtiyac olmur”.

 

Nərminə xanım qeyd etdi ki, baker kistası tam bir kista deyil, oynaq boşluğu ilə əlaqəli bir qabarıqlıqdır. Həkimin sözlərinə görə, baker kistası hər zaman cərrahi müdaxilə tələb etmir:

 

“İstirahət, buz, ağrıkəsici dərmanlarla diz arxasındakı şişlik azalır və ağrı keçə bilər. Şiddətli, digər müalicələrlə keçməyən ağrı və ya hərəkət çətinliyi olan xəstələrdə əməliyyat ilə kista çıxarıla bilər. Böyük ölçülü kistalar bəzən partlaya bilir, qan qarışıqlı möhtəviyyatı əzələlər arasına yayılır, əzələlərin ödemi ilə müşayiət olunur, kəskin ağrıların yaranmasına səbəb olur və sonradan kista təkrar yarana bilir. Belə vəziyyətdə Baker kistası cərrahi üsulla xaric edilir.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova hər kəsi müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI