“Neftçi” Azərbaycan futbolu tarixinə düşdü

12:39 29-07-2022 | icon 277 | İdman
“Neftçi” Azərbaycan futbolu tarixinə düşdü

“Neftçi” Azərbaycan klublarının avrokuboklar tarixindəki ən böyük geridönüşünə imza atıb.

 
Laurentsiu Regekampfın yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsində “Aris” səddini keçib.

 

Kiprdə 0:2 hesabı ilə uduzan “ağ-qaralar” Bakıdakı matçda iki topluq geriliyi aradan qaldırıb. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla keçib.

 

Avrokuboklar tarixinə baxsaq, Azərbaycan klubları dəfələrlə minimal fərqli məğlubiyyətin əvəzini çıxıb. Sonuncu belə mini-kambek cari mövsüm qeydə alınıb. “Qarabağ” Polşadakı 0:1 hesablı məğlubiyyətdən sonra “Lex”i darmadağınla keçib – 5:1.

 

Amma avrokubok səhnəsinə 1994-cü ildə çıxan Azərbaycan təmsilçiləri 2 və ya daha çox fərqi ilə uduzduğu qarşılaşmalardan heç birinin revanşını ala bilməyib. “Neftçi”yə qədər 41 belə nəticə qeydə alınmışdı. Bunların 30-u səfər görüşünə təsadüf edib. Heç bir halda da 2 və ya daha yüksək gerilik aradan qaldırılmayıb. Konkret eyni nəticəyə nəzər salsaq, “Neftçi”yə qədər 5 dəfə komandamız səfərdəki 0:2-dən sonra revanş üçün ev matçına çıxıb. Amma “Bakcell Arena”ya qədər kambek yaşanmayıb. /Apasport.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI