İsa Həbibbəyli təcili iclasdan DANIŞDI

12:49 29-07-2022 | icon 169 | Cəmiyyət
İsa Həbibbəyli təcili iclasdan DANIŞDI

Nazirliyə verilən institutlarda AMEA-nın hansı səlahiyyətləri qalıb?

 

“AMEA-nın Rəyasət Heyətinin bugünkü toplantısında ölkə başçısının fərmanı ilə akademiyanın tərkibində olan institutların Elm və Təhsil Nazirliyinə verilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, akademiyanın tərkibində olan institutların idarəsi daha çox elm və təhsil institutunun üzərinə düşür:

 

“İdarəçilik nazirliyə verilsə də, onlara elmi-metodiki dəstəyi göstərmək akademiyanın səlahiyyətləri sırasındadır. Elmi istiqamətlərin verilməsini, prioritetlərin müəyyən edilməsini AMEA həyata keçirəcək. Eyni zamanda AMEA bundan sonrakı fəaliyyəti dövründə elm sahəsində qiymətləndirmə, ekspertiza məsələlərini ölkə üzrə həyata keçirmək səlahiyyətlərini də qoruyub saxlayıb. Belə ki, AMEA bununla bağlı işləri təkcə öz tabeliyində olan qurumlarda deyil, digər institutlarda da həyata keçirmək səlahiyyətinə malikdir”.

 

O əlavə edib ki, AMEA-nın tabeliyində qalan institutlar isə akademiyanın müvafiq qurumları tərəfindən idarə ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

İstanbul selə təslim oldu

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb