“Minalar insanların təhlükəsiz geri qayıtmalarına mane olur”

13:36 29-07-2022 | icon 219 | Qarabağ
“Minalar insanların təhlükəsiz geri qayıtmalarına mane olur”

“Minalar mülki vətəndaşları öldürür və şikəst etməklə yanaşı, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmalarına mane olur”.

 

Versus.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, münaqişə zonasında olan minalar və partlamamış hərbi sursatlar mülki vətəndaşları öldürməkdə və şikəst etməkdə davam edir, iqtisadi inkişafa və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmalarına mane olur:

 

“Regional sülhə və əməkdaşlığa dəstək məqsədilə ABŞ 2021-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin gedişində zərər çəkmiş rayonlarda humanitar minatəmizləmə fəaliyyəti üçün 500 min dollar ayırıb. ABŞ tərəfindən maliyyələşdirmə minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün minatəmizləmə fəaliyyəti həyata keçirən təşkilatların texniki potensialını gücləndirməyə imkan verir, bu isə təhlükəsizliyin möhkəmlənməsində həlledici rol oynayacaq və məcburi köçkünlərin öz evlərinə qaytırmalarına və təhlükəsiz həyat yaşamalarına imkan verəcək”.

 

Dövlət Departamentindən deyilib ki, ABŞ humanitar problemlərin həlli istiqamətində konkret addımlar atmağa çağırır:

 

“Bura həmçinin minalı sahələr və 1990-cı illər də daxil olmaqla, itkin düşmüş mülki vətəndaşlar və hərbçilər haqqında müvafiq məlumatların mübadiləsi də daxildir. ABŞ tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyələşdirilməsi onların Cənubi Qafqazda itkin düşmüş şəxslərin axtarışı üzrə fəaliyyətini dəstəkləməyə kömək edir. BQXK həmin şəxslərin qalıqlarının tapılmasında və geri qaytarılmasında neytral vasitəçi qismində çıxış edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR