Kütləvi yerlərdə təhqirə, şantaja yol verənlərin NƏZƏRİNƏ

17:52 29-07-2022 | icon 489 | Gündəm
Kütləvi yerlərdə təhqirə, şantaja yol verənlərin NƏZƏRİNƏ

Altı ay müddətinə həbs oluna bilərsiniz

 

Məmurların, iş adamlarının, vətəndaşların təhqir, şantaj olunması, işgüzar nüfuzlarına xələl gətirilməsi, eləcə də sifarişli yazılarla bağlı problemlə qarşılaşan şəxslərin hüquqlarının qorunması üçün xüsusi diqqət ayrılması vacibdir. 

 

Bu fikirləri baş prokuror Kamran Əliyev “Real TV”yə müsahibəsində deyib. Baş prokuror bu və bənzər halların qarşısının alınması ilə bağlı hətta tədbirlər planının hazırlanmalı olmasından danışıb. 

 

Bəzən vətəndaşlar bu kimi məqamlarda qanuni tənzimləmələri bilmirlər. Qanun bu kimi hallarda zərərçəkmiş tərəfin hüquqlarını hansı çərçivələrdə müdafiə edir?

 

Vətəndaş nüfuzuna dəyən zərəri qarşı tərəfdən hansı formada tələb edə bilər? Cəmiyyətdə bu kimi hallardan qorunmaq üçün hansı addımlar atılmalıdır? 

 

Mövzu ilə əlaqədar vəkil Tural Hüseynov açıqlamasında deyib ki, ümumilikdə kütləvi yerlərdə təhqir, şantaj və nüfuza xələl gəlməsi ilə bağlı vətəndaş xüsusi qaydada birbaşa məhkəməyə müraciət edə bilər:

 

“Yəni söhbət kütləvi informasiya vasitələri üzərindən, sosial şəbəkələr, müxtəlif sosial platformalar üzərindən təhqirlərdən gedir. Əgər bu hallarda kiminsə şəxsiyyəti alçaldılırsa, həmin şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında birbaşa məhkəməyə özü ərizə ilə müraciət edə bilər. Bu maddə ilə barəsində ittiham qaldırılan şəxsin günahı sübuta yetirilərsə, onu altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası da gözləyir”.

 

Vəkil qeyd edir ki, şantaj, Cinayət Məcəlləsinin 182-ci maddəsinə görə, hədə-qorxu ilə tələbetmədir:

 

“Bu, kifayət qədər ağır cinayətdir. Hədə-qorxu ilə tələbetmə cinayətlərinə yol verən şəxsləri ilkin halda üç ildən beş ilə qədər azadlıqdan məhrumetmə gözləyir. Ağırlaşdırıcı hallarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ildən on ilə qədər, eləcə də mütəşəkkil dəstə tərəfindən törədilirsə, 10 ildən 15 ilə qədər də azadlıqdan məhrumetmə cəzası verilə bilər.  

Bundan başqa, işgüzar nüfuza xələl gətirmə Mülki Məcəllənin 23-cü maddəsi ilə tənzimlənir. Kimsə kiminsə şəxsi nüfuzuna xələl gətirən məlumatları hər hansı kütləvi informasiya vasitələrində yayırsa, şəxsin haqqı var ki, qarşı tərəf barəsində mülki qaydada məhkəmədə iş qaldırsın. Həmin məlumatların əsassız olduğu barədə sözügedən kütləvi informasiya vasitəsində təkzib verilməsi tələb edilə bilər. Eyni zamanda şəxs özünə dəymiş mənəvi zərərlə bağlı da iddia tələbi irəli sürülə bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI