Mən elm və təhsil sistemi, konkret olaraq AMEA-ilə bağlı həyata keçirilən islahatları dəstəkləyirəm. Zatən 2-3 ildir ki, AMEA-da islahatların olmasına edilən çağırışlar cəmiyyətdə çox aktualdır.  Bir çox alimlər bu barədə fikirlərini bildiriblər. Hesab edirəm ki, bu sistemdə gerçək mənada islahatlara ehtiyac var.

 

 

Versus.az xəbər verir ki, Bu barədə Azərbaycan Millli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Yasəmən Qaraqoyunlu son günlər AMEA -da cərəyan edən proseslərin elm və təhsilin inteqrasiyalı şəkildə inkişafına start verməsi, eləcə də bunun islahatlar prosesinə hansı töhfələri verməsi ilə bağlı hafta.az-a təhlilində bildirib.

 

Y.Qaraqoyunlu bütün bunlarla yanaşı AMEA-nın bağlanmasınım əleyhinə olduğunu deyib.

 

“AMEA Azərbaycan fikrinin, dövlətçiliyinin siyasi strategiyasının hazırlanmasında çox ciddi baza rolunu oynayan bir yerdir. Nəzəri baxımdan Azərbaycan siyasətini, geopolitikasını əsaslandıran, elmi baza oynayan bir yerdir”.

Y.Qaraqoyunlu bununla yanaşı Akademiyada  ixtisarların da tərəfdarı olmadığını önə çəkib. O, bildirib ki, dövlət öz aliminə kapital qoyur və onun qocası da, gənci də bu millətə lazımdır. Onlar vicdanla işləyirlər.

 

 

Y.Qaraqoyunlu hesab edir ki, Akademiyada humanitar, sosial elmlərdə milliləşmə, tətbiqi elmlərdə isə unversallaşma, standartlaşma siyasəti aparılmalıdır.

“Bizim sosial elmlər sahəsində, istər düşüncə, istər Azərbaycanın keçmişinə, gələcəyinə baxma tərzində çoxlu yanlış konsepsiyalar var. Bu, Azərbaycanın Rusiya tərəfindən işğalı, SSRİ-nin qurulması ilə nəticələnən formadır. Rusiya mərkəzli və Stalin konsepsiyası əsasında bir Azərbaycan kimliyi formalaşdırılıb. İndi sosial elmlər türk mərkəzli konsepsiyası əsasında Azərbaycanın tarixi mədəni siyasi-strateji kimliyini inşa etməklə məşğul olmalıdır. Bax, məhz burda dəyişikliklər olmalıdır. Eyni zamanda dəqiq elmlər, dünya elmləri ilə inteqrasiya şəklində inkişaf etməlidir. Dünya standartlarına cavab verən şəkildə olmalıdır. Bunun yanında da Akademiya içində dövlət büdcəsindən ayrılan maliyyə artırılmalıdır. Və Akademiya alimlərinin sosial-iqtisadi durumu düzəlməlidir. Əgər bu sahədə hər hansı islahat olmaycaqsa bütün bu islahatlar öz nəticəsini verməyəcək. Həm də akademiya sovet rus ideologiyası ilə idarə olunurdu”. 

AMEA-nın alimi hesab edir ki, artıq Akademiyada sovet- rus standartlarından imtina edilməlidir. Onun fikrincə, Avropa modeli əsas götürülərək elmin təşkilatlanması əsas götürülməlidir. 

“Çünki bir alimin yetişməsi üçün sistem ona kömək etmək əvəzinə, mane olur. Alimə dəstək verilmir.  Akademiyadakı bürokratik əngəllər, gizli intriqalar hamısı aradan qaldırılmalıdır. Bir alimi intriqanın qurbanına çevirmək olmaz. Almlərə Akademiyada mane olan əsas cəhət bürokratiyadır. Çoxlu qurumlar yaranıb ”.

 

T.Qafarlı

Versus.az