İyulun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 44-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

 

Versus.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

 

Versus.az