Cəmil Həsənli Milli Şura sədrliyindən gedir


Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getməyə hazırlaşır.
Versus.az xəbər verir ki, o, bu barədə "BBC Azərbaycanca"ya müsahibəsində bildirib.
“Mən Milli Şura sədrliyindən getməklə bağlı təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir. Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”, - deyə C.Həsənli qeyd edib.
O, vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir.
Versus.az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”