Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olundu


Nyu-York qubernatoru Keti Hokul meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Versus.az xəbər verir ki, bu barədə ştat administrasiyasının saytında məlumat verilib.
"Nyu-York ştatında meymunçiçəyinin yayılması ilə bağlı son məlumatları nəzərdən keçirdikdən sonra epidemiyanın qarşısını almaq üçün səylərimizi gücləndirmək üçün fövqəladə vəziyyət elan edirəm", - qubernator qeyd edib.
Hokul vurğulayıb ki, ABŞ-da meymunçiçəyinə yoluxma hallarının ¼-i Nyu-York ştatında qeydə alınır: "Mən və komandam daha çox peyvənd təmin etmək, testdən keçməni artırmaq və yoluxma zamanı təhlükəsiz qalmaq üçün ictimaiyyəti məsuliyyətlə maarifləndirmək üçün gecə-gündüz işləyirik".
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzlərinin (CDC) ötən günə olan məlumatına görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma qeydə alınıb. ABŞ-ın ən çox virusun yayıldığı ikinci ştatı olan Kaliforniyada infeksiyaya 700 yoluxma aşkarlanıb.
Versus.az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”