Bu günün havası: Yağış, 38 dərəcə isti


Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Versus.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 21-26° isti olacaq.
Versus.az

Xəbər lenti

Laçına gedən yol Zəngəzur dəhlizində “buzları” əridirmi?
Teymur Qasımlı: “Ermənistan istədi-istəmədi Zəngəzur dəhlizi açlacaq"