Şeyxin Gürcüstan səfərindən danışdı

13:12 31-07-2022 | icon 268 | Geopolitika
Şeyxin Gürcüstan səfərindən danışdı
 

 

QMİ sədrinin səfəri əlbətdə, ilk növbədə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasına böyük mənəvi dəstək oldu. Şeyxülislam Allahşükür Paşazadənin təvözakar davaranışı, ünsiyyəti, çətinliklərə bələd olması səmimi müzakirə mühiti yaratdı və Azərbaycan dövlətinin bütün mümkün vasitələrlə soydaşlarımızı dəstəkləyəcəyinə inamı artırdı.

 
 
 
Versus.az xəbər verir ki, bu harədə Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfərini şərh edərkən bildirib.
 
 
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfərində nümayəndə heyətinin üzvü kimi iştirak edən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərdə qarşılıqlı etimad mühtinin, xalqlarımızın dostluq bağlarının möhkəmlənməsində əhəmiyyətli töhfə kimi qiymətləndirilməlidir.
 
 
 
"Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstan Prezidenti, Baş naziri və parlament sədri ilə görüşlərində və apardığı danışıqlar müzakirələrdə səmimi atmosferi, hər iki ölkəni narahat edən regional və qlobal proseslər, onların bölgəmizə təsiri açıq müzakirə oludu. Qənaətimə görə, bu müzakirələr Gürcüstan siyasi rəhbərliyinin cəmiyyətimizdəki ab-havanı, ölkələrimizin münasibətlərinə baxışını, regionun gələcəyi ilə bağlı yanaşmalar və dövlətimiz tərəfindən yürüdülən siyasətin daha yaxşı başa düşülməsi üçün əhəmiyyətli oldu. Şeyx həzrətlərinin bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi , təhlükəsizliyi ilə bağlı məsələlərə cəmiyyətimizin olduqca həssas münasibətini, gözləntilərini açıq şəkildə vurğulaması, izah etməsi Gürcüstanın rəsmi dairələrinin vəziyyətin obyektiv, rasional qiymətləndirməsinə, qayğılarımızı anlamalarına yardımçı olacaq".
 
 
 
Ə.Nuriyev bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasının hüquqlarının qorunması, onların ehtiyaclarının real qiymətləndirilməsi və müvafiq addımların atılması, onları narahat edən problemlərin həllinə həssas yanaşması ilə diqqət çəkdi və bu məsələlərlə əlaqədar ən incə məqamlarla maraqlandı, maddi yardımlar göstərdi, tövsiyyələrini verdi, rəsmilərin diqqətinə çatdırdı.
 
 
 
 
"Bir daha şahidi oldum ki, Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstanın dini və rəsmi dairələrində, soydaşlarımız arasında mənəvi nüfuzu yüksəkdir.
Bu səfər zamanı müşahidələrim Gürcüstan siyasi rəhbərliyinin ölkəmizə münasibətinin bir sıra spesifik məqamlarını da aydınlaşdırmağa imkan verdi. Xüsusən Azərbaycan prezidenti, cənab İlham Əliyevə xüsusi münaisbətin, rəğbətin şahidi olduq. Hətta, bunu açıq ifadə etməkdən də çəkinmirlər, Şeyxülislam Allahşükür Paşazadə ilə müzakirələrdə Gürcüstan Baş nazirinin “Prezident Əliyev Qafqazın ən uzaqgörən siyasətçisidir” – deməsi də diplomatik jestdən çox, məhz bu rəğbətin təzahürü kimi qiymətləndirilə bilər."
 
 
Ləman
Versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI