Moskva "Qızıl Xaç"ın əməkdaşlarını Donetskə buraxmadı


Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarını Ukraynanın işğal altındakı ərazilərinə buraxmayıb.
Versus.az-ın xəbərinə görə, Kreml "Qırmızı Xaç"ın əməkdaşlarının Donetsk vilayətindəki "Novaya Yelenovka" düşərgəsində saxlanılan ukraynalı hərbi əsirlərlə görüşünə icazə verməyib.
Bu barədə Komitənin Tvitter hesabında məlumat verilib.
“Yelenovka hərbi əsir düşrgəsinə edilən son hücumu qətiyətlə pisləyirik. Ukraynadakı silahlı münaqişə çoxlu sayda insanın ölümünə və ailələrin dağılmasına səbəb olub. Müvafiq görüşün təmin edilməsi Cenevrə Konvensiyalarına uyğun olaraq münaqişə tərəflərinin üzərinə düşür”, - məlumatda qeyd olunub.
Versus.az

Xəbər lenti

"Laçın şəhər mərkəzinin və digər kəndlərinin boşaldılması ona imkan verir..."- MÜSAHİBƏ
Mahir Abbaszadə: “Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir”